İngiltərə yığmasının ounçusu Cedd Spens oyundan əvvəlki rəsmi salamlaşma zamanı rəqib futbolçu Tomas Parteyin əlini sıxmaqdan imtina edib. Spensin bu addımı rəqibinin ağır cinayətdə ittiham olunması ilə bağlıdır.
Söhbət “Arsenal”ın sabiq, “Vilyarreal”ın hazırkı yarımmüdafiəçisi Parteydən gedir. Londonda dörd qadın Parteyi 2020-2022-ci illərdə (“Arsenal”da oynadığı dövrdə) 7 fərqli təcavüz və cinsi zorakılıq hadisəsində ittiham edir. Futbolçu özünü təqsirli bilməsə də, məhkəmə prosesinin 2027-ci ilin iyun ayına təyin olunduğu bildirilir.
Hadisə ilə bağlı ötən həftə açıqlama verən ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidməti Parteyə qarşı ittihamlardan xəbərdar olduqlarını, lakin hələlik heç bir rəsmi məhkumluq qərarı olmadığı üçün qanalı ulduzun ölkəyə girişinə qanuni məhdudiyyət qoyulmadığını vurğulayıb.
Bostondakı stadionda baş tutan qarşılaşmada gərginlik bununla bitməyib. Diktor Parteyin adını elan edərkən tribunalar onu kəskin şəkildə fitə basıb. Tribunaların etirazı bununla bitməyib və matç boyu qanalı oyunçu topa hər toxunuşunda fit səsləri yenidən yüksəlib.