DÇ-2026-da ilk rəsmi heyət: Bosniya və Herseqovina “kartlarını” açdı!

12.05.26 | 13:30
Dünya futbolu

48 komandanın iştirak edəcəyi dünya çempionatının startına sayılı günlər qalmış, iştirakçı ölkələr arasında ilk rəsmi addımı Bosniya və Herseqovina atdı. Baş məşqçi Sergey Barbarezin rəhbərlik etdiyi komanda, turnirdə mübarizə aparacaq 48 ölkə arasında 26 nəfərlik yekun heyətini açıqlayan ilk yığma oldu.

Bosniya yığmasının heyətində ən diqqətçəkən isim, şübhəsiz ki, 40 yaşlı super ulduz Edin Dzekodur. 2014-cü ildə ölkəsinin debüt etdiyi dünya çempionatında İranla oyunda (3:1) qələbə qoluna imza atan təcrübəli hücumçu, illər sonra yenidən mundialın həyəcanını yaşayacaq.

Komandanın turnir zamanı harada məskunlaşacağı ilə bağlı uzun sürən müzakirələrə də son qoyulub. Torontoda Kanadaya qarşı keçiriləcək ilk qrup oyunundan sonra bosniyalılar ABŞ-ın Yuta ştatına yollanacaqlar. Barbarezin yetirmələri dünya çempionatına hazırlıq prosesini Solt-Leyk-Siti şəhərində yerləşən bazada davam etdirəcəklər.

Bosniya yığmasının heyətində Ermedin Demiroviç, Haris Tabakoviç, Nikola Katiç, Armin Giqoviç və Osman Hadjikiç kimi karyerası İsveçrə futbolu ilə sıx bağlı olan simalar ön plana çıxır. Baş məşqçi Sergey Barbarez sanki heyəti qurarkən “İsveçrə məktəbi”nin təcrübəsinə xüsusi güvənib.

Dünya çempionatına hazırlıq çərçivəsində mayın 23-də Sarayevoda bir araya gələcək komanda, mayın 25-də tam heyətlə məşqlərə start verəcək. Mundialöncəsi əsas sınaqlar isə mayın 29-da Şimali Makedoniya və iyunun 6-da Panama yığmalarına qarşı keçiriləcək.

Bosniya və Herseqovina yığmasını dünya çempionatında kifayət qədər çətin və maraqlı sınaqlar gözləyir. Barbarezin “silahdaşları” mundialın açılışını ev sahibi ölkələrdən biri olan Kanada ilə edəcək. Torontodakı bu çətin sınaqdan dərhal sonra komanda Yutadakı əsas bazasına yollanacaq.

Qrupun taleyini həll edəcək ən kritik döyüş isə iyunun 18-də baş tutacaq. İsveçrə ilə keçiriləcək bu matçın liderlik uğrunda əsas mübarizə olacağı və qrupun qalibini müəyyənləşdirəcəyi proqnozlaşdırılır. Bosniyalılar qrup mərhələsinə iyunun 24-də Qatar yığması ilə keçiriləcək oyunla nöqtə qoyacaqlar.

Paylaş:

Xəbər Lenti

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06