Azərbaycan futbolunda xaricə yollanan legionerlərin sayı artmaqda davam edir. Daha bir gənc oyunçumuz karyerasını ölkə xaricində davam etdirəcək. Bakının “Neftçi” klubunun əvəzedici komandasının sabiq hücumçusu Elnur Abdullayev Albaniya təmsilçisi “Besa” ilə anlaşıb. Gənc forvard aşağı liqa klubu ilə 1 illik müqaviləyə imza atıb.
Abdullayev yeni komandasında tək olmayacaq. Belə ki, bir müddət əvvəl “Qarabağ”ın yetirməsi olan Kamil Sadıqlı da məhz bu Albaniya klubuna transfer olunub.