Bu gün qadın futbolçular arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkü atılıb və ölkə çempionu “Neftçi”nin də ilk rəqibi müəyyənləşib. Paytaxt təmsilçisi 1-ci qrupun yarımfinalında Monteneqronun “Buduçnost” klubu ilə qarşılaşacaq.
Bu cütün qalibi növbəti mərhələyə yüksəlmək üçün PAOK (Yunanıstan) – “Hapoel” (Qüds, İsrail) duelinin güclüsü ilə finalda üz-üzə gələcək. Final matçında qələbə qazanan komanda Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqəni təmin edəcək.
1-ci təsnifat mərhələsinin yarımfinal oyunları iyulun 22-də, final qarşılaşması isə iyulun 25-də keçiriləcək.