Çempionlar Liqasında gecənin rəqəmləri

21.01.26 | 13:09
Dünya futbolu

Ötən gecə Avropa futbolunda həm fərdi rekordların təkrarlanması, həm də komandaların tarixi uğurları ilə yadda qaldı.

Kilian Mbappé: Tarixi rekordun təkrarı

“Real”in ulduzu Kilian Mbappe “Monako” ilə matçda dubl edərək adını tarixə yazdı. Fransız hücumçu ümumi mərhələnin 7 turunda vurduğu qolların sayını 11-ə çatdıraraq, Kriştianu Ronaldonun 2015/16 mövsümündə müəyyən etdiyi “bir qrup/ümumi mərhələdə ən çox qol” rekordunu təkrarladı. Maraqlıdır ki, Ronaldo bu nəticəni 6 oyuna imza atmışdısa, Mbappé də eyni məhsuldarlığı göstərib (Kilian 6-cı turda “Mançester Siti” ilə qarşılaşmanı buraxdığı üçün 11 qolu məhz 6 matçda vurub).

“Arsenal”ın “Qızıl dövrü”

Səfərdə “İnter” üzərində 3:1 hesablı inamlı qələbə qazanan “Arsenal” hazırda “qızıl dövrünü” yaşayır. “Topçular” tarixində ilk dəfə Çempionlar Liqasında ardıcıl 7-ci qələbəsini qazanıb. İngilis klubları arasında yalnız “Mançester Siti” daha uzun seriyaya (10 qələbə) malikdir. Bu qələbə ilə Mikel Artetanın yetirmələri 1/8 final mərhələsinə vəsiqəni rəsmən təmin ediblər. Londonlular növbəti turda evdə “Kayrat”ı qəbul edəcək.

“İnter”də eniş davam edir

Kristian Kivunun rəhbərlik etdiyi “İnter”də isə işlər yolunda getmir. Milanlılar son üç matçda xal qazana bilməyiblər (“Atletiko” 1:2, “Liverpul” 0:1 və “Arsenal” 1:3). 7 turdan sonra aktivində 12 xal olan komanda, ilk “8-liy”i tərk edərək 9-cu sıraya geriləyib. Yanvarın 28-də Dortmund “Borussiya”sı ilə keçiriləcək oyun milanlıların turnir cədvəlindəki taleyini müəyyənləşdirəcək.

Paylaş:

Xəbər Lenti

Tarix Təkrarlanır? DÇ-2010 və DÇ-2026 paralelləri

15.06.26 | 09:05

Almaniya millisi DÇ-nin ən məhsuldar komandsıdır

15.06.26 | 09:00

İsveç Tunisi darmadağın etdi

15.06.26 | 08:30

Kot-d’İvuar Ekvadoru son dəqiqə qolu ilə yendi

15.06.26 | 08:50

Niderland-Yaponiya: dramatik heç-heçə

15.06.26 | 08:01

Mundialda “Bavariya”dan tarixi rekord!

15.06.26 | 08:41

Oyuna çıxmadı, amma maaşı ödəniləcək: FİFA-dan terror ittihamı alan hakimə dəstək

14.06.26 | 23:04

Voleybolçularımız İspaniyadan əliboş dönürlər

14.06.26 | 23:46

Kürasao ilk qolunu vurdu, amma sensasiyaya gücü çatmadı

14.06.26 | 22:13

Daşkənd turniri: Muradlıdan erkən çempionluq, Məmmədyarovdan vacib qələbə!

14.06.26 | 22:13

İngilislərə 18 000 dollar ziyan dəyib: oğurları isə 7 ilədək həbs cəzası gözləyir

14.06.26 | 17:19

İnfantinonun İtaliya zarafatı böyük qalmaqala səbəb olub

14.06.26 | 14:47

FİFA-dan İsveçrə – Qətər matçındakı VAR xaosu ilə bağlı rəsmi açıqlama

14.06.26 | 14:06

Bolqarlar Qulart üçün hərəkətə keçdi

14.06.26 | 14:17

Arif Əsədovun “Kəpəz”dəki köməkçiləri bəlli oldu

14.06.26 | 14:51

Cəfərov legioner həyatı yaşamağa yaxındır

14.06.26 | 14:12

Bu gün Bundestim adalılara, “narıncılar” isə “samuraylar”a qarşı

14.06.26 | 14:44

Voleybolçularmızı növbəti sınaq qarşısında

14.06.26 | 14:07

İsveçli futbolçuları şəxsi bərbərlərini DÇ-yə gətirdilər

14.06.26 | 14:24

Embolo İsveçrə millisinin tarixinə düşüb  

14.06.26 | 14:27