Berlində 13 medal və tarixi uğur

27.04.26 | 00:39
Digər növlər

Almaniyanın paytaxtı Berlində dünyanın 35 ölkəsindən gənc cüdoçuların iştirak etdiyi Avropa Kuboku başa çatıb. İdmançılarımız turnirdə həm fərdi, həm də komanda hesabında parlaq nəticələr göstərərək böyük uğura imza atıblar.

Yarışın son günündə yığmamız aktivinə daha 6 medal yazdırıb. Finala qədər inamla irəliləyən üç təmsilçimiz — Sadiq Məmmədov (74 kq), Ayxan Həsənli (81 kq) və Ömər Axundov (90 kq) həlledici görüşlərdə məğlub olaraq gümüş medalla kifayətləniblər.

Bununla yanaşı, 81 kq çəki dərəcəsində mübarizə aparan Amin Mehdiyev və Yaqub Məmmədov, həmçinin ağır çəkidə (+90 kq) çıxış edən Ruslan Kazımov bürünc medallara sahib çıxıblar. Bu uğur ölkəmizin xüsusilə orta və ağır çəki dərəcələrində ciddi potensiala malik olduğunu bir daha təsdiqləyib.

Azərbaycan yığması Berlin turnirini ümumilikdə 13 medalla (2 qızıl, 5 gümüş və 6 bürünc) tamamlayıb. Bu nəticə ilə ölkəmiz 35 dövlət arasında ümumi komanda hesabında 3-cü yeri tutub.

Lakin ən diqqətçəkən nailiyyət kişilərin fərdi yarışlarında qeydə alınıb. Oğlanlardan ibarət komandamız 2 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq bütün rəqiblərini geridə qoyub və Avropa Kubokunun birincisi olub.Berlin turniri göstərdi ki, Azərbaycan cüdosunda nəsil dəyişməsi prosesi uğurla davam edir. Gənclərin belə geniş coğrafiyalı və rəqabətli turnirdə liderlər sırasında yer alması, qarşıdan gələn Dünya Çempionatı və digər irimiqyaslı yarışlar üçün böyük ümidlər vəd edir. İdmançılarımızın final mərhələlərinə kütləvi şəkildə vəsiqə qazanması həm də onların taktiki hazırlığının yüksək səviyyədə olmasının göstəricisidir.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46