Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21
Ölkə futbolu

Macarıstandakı yoldaşlıq oyunlarında Maltaya uduzan (0:2), ardınca isə FİFA reytinqinin sonuncusu San Marinonu çətinliklə (2:1) məğlub edən millimizin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Çalışdırıcı qələbəni analiz etməklə yanaşı, qarşıdan gələn Millətlər Liqası öncəsi komandada yaşanan problemlərdən də söz açıb.

Baş məşqçi ilk oyundakı məğlubiyyətdən sonra bu qələbənin psixoloji baxımdan önəmli olduğunu vurğulayıb: “Futbolçularıma təşəkkür edirəm. İlk oyundakı uğursuzluqdan sonra bu gün mütləq qalib gəlmək istəyirdik. Millətlər Liqası ərəfəsində bütün uşaqları iş başında görmək bizim üçün vacib idi. Rəsmi matçlarda heyətin hansı yüklənmələrə tab gətirə biləcəyini indidən müəyyənləşdirməliyik. Bu səbəbdən geniş rotasiyalara əl atdıq və komanda bu heyətlə ilk dəfə bir yerdə oynayırdı.

Ümumi temp normal idi, qarşılaşma boyu hücum edən tərəf biz idik. Lakin yaradılan epizodların qola çevrilməsi, yəni realaşdırırlması problemi bu gün də ən ağrılı yerimiz olaraq qaldı. Çox sayda qol vəziyyətini boşa verməyimiz məni ciddi şəkildə narahat edir. Digər bir mənfi məqam isə standart vəziyyətdən qapımızda gördüyümüz qoldur ki, bu da bizim zəif tərəflərimizdən biridir”.

Abbasov həmçinin oyunun son dəqiqələrində referinin idarəçiliyinə də toxunaraq, hakimin hər xırda fola fit çalmasının rəqibin tempini aşağı salmağa və işini asanlaşdırmağa kömək etdiyini bildirib.

Baş məşqçi matçda fərqlənən hücumçu Renat Dadaşovun çıxışını xüsusi qeyd edib və qol epizodlarının çoxluğunun ümidverici olduğunu bildirib: “Renatın adına sevinirəm. O, millinin ən yaxşılarından biridir, baxmayaraq ki, bu mövsüm klubunda az oyun şansı qazanıb. Bu gün daha çox vura bilərdik. Amma müsbət tərəfindən baxsaq, təhlükəli vəziyyətlər yarada bilirik, bu artıq sevindirici haldır. Sadəcə, son vuruşlarda konsentrasiyanı artırmalıyıq.   Rahim (Sadıxov) klubunda mütəmadi olaraq meydana çıxır və yaxşı oyun praktikası var. O, gələcəkdə millinin əsas heyət oyunçusuna çevrilə bilər. Əlimizdə fərqli variantlar var”.

Ayxan Abbasov bəzi futbolçularla fərdi söhbətlər etdiyini gizlətməyib və legioner həyatı yaşayan oyunçulara reallığı xatırladıb: “Mahir Emreli və Nəriman Axundzadə ilə, eləcə də digər bir neçə futbolçu ilə fərdi şəkildə danışmışam. Nəriman hazırda tam fərqli rejimdə məşq edir. Onun üçün asan deyil, çünki çox uzağa (fərqli ölkəyə və çempionata) yollanıb. Start heyətində yer qazanmaq istəyir, lakin oradakı rəqabət olduqca sərtdir. Bizim daxili çempionatdan fərqli olaraq, xaricdə zəif olduğun an səni oynatmırlar…Mahirə gəldikdə isə, o, ciddi şəkildə düşünməlidir. Əgər daha bir mövsümü də boşa versə, onun üçün çox gec ola bilər. Şadam ki, Bəhlul Mustafazadənin sıraya dönməsi ilə müdafiə xəttimiz daha da möhkəmlənəcək”.

Milli komandadakı aqressivlik və nizam-intizam qaydalarına da toxunan baş məşqçi, oyunçuları daha təmkinli olmağa çağırıb: “Emil Səfərov öz klubunda da mübarizələrdə çox aqressiv oynayır. Lakin beynəlxalq arenada daha soyuqqanlı olmaq şərtdir. Bu gün yoldaşlıq görüşü idi, amma rəsmi oyunda bu cür hərəkətlərə görə onu meydandan qova bilərdilər. Komandada adrenalin səviyyəsi yüksək olan, sarı vərəqə almağı sevən oyunçular var, bu mənada diqqətli olmalıyıq.

Bu gün qapıçı Rza Cəfərova da şans vermək niyyətimiz var idi. Lakin qarşılaşmanın gedişatı və meydandakı vəziyyət elə gətirdi ki, bu dəyişikliyi edə bilmədik”.

Sonda baş məşqçi ölkə Premyer Liqasının ilk 4-5 turundan sonra start götürəcək Millətlər Liqasına qədər komandadakı çatışmazlıqları maksimum dərəcədə aradan qaldırmağa çalışacaqlarını vurğulayıb.

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54