Dünya çempionatının yarımfinalında İngiltərəni 2:1 hesabı ilə turnirdən kənarlaşdıraraq finala yüksələn Argentina millisi ciddi cəza təhlükəsi ilə üz-üzədir. Qələbəni azarkeşlərlə qeyd edən futbolçuların qaldırdığı siyasi şüarlı pankart FİFA-nı hərəkətə keçirib.
İki komanda arasındakı gərginlik hələ matçdan əvvəl pik həddə idi. Buna səbəb təkcə yaşıl meydanlardakı tarixi rəqabət deyil, həm də 44 il əvvəl (1982-ci ildə) tərəflər arasında baş vermiş Folklend (Malvin) adaları müharibəsidir.
Qələbə coşğusu zamanı Lisandro Martines və Covani Lo Selso meydanda üzərində “Malvin adaları Argentinaya məxsusdur!” yazılmış pankart açıblar. Yarımmüdafiəçi Leandro Paredes də yerli televiziyaya müsahibəsində bu mesajı dəstəkləyərək, “O adalar həmişə Argentinanın olacaq” deyib.
Matçdan önvə həm turnirin daxili qaydalarında, həm də Argentinanın Təhlükəsizlik naziri Alexandra Monteolivanın bəyanatında stadionda bu mövzuda hər hansı siyasi simvola icazə verilməyəcəyi vurğulanmışdı. Argentinanın nüfuzlu “Clarin” qəzetinin yazdığına görə, qadağanı pozan milli komandanı FİFA-nın ciddi sanksiyaları gözləyir.
Hələ qarşılaşmadan öncə həm turnirin daxili reqlamentində, həm də Argentinanın təhlükəsizlik naziri Aleksandra Monteolivanın bəyanatında arenada siyasi mesajlara icazə verilməyəcəyi qəti şəkildə bildirilmişdi. Ölkənin nüfuzlu “Clarin” qəzeti yazır ki, bu qadağanı pozan dünya çempionlarını indi FİFA-nın ciddi sanksiyaları gözləyir. Görüşün baş qəhrəmanı, hər iki qolun məhsuldar ötürməsini edən kapitan Lionel Messi matçdan sonra duyğularını belə ifadə edib: “Hər nə qədər bunun sadəcə bir futbol oyunu olduğunu desək də, dövlət himnləri səslənəndən sonra daxilimizdə tamam fərqli, xüsusi bir ab-hava yarandı. Heç birimiz uduzmaq istəmirdik. İngiltərəyə uduzmağı təsəvvür belə etmirdik və xalqımızın bu sevinclə fərəhlənməyə ehtiyacı var idi. Onları turnirdən kənarlaşdırıb finala yüksəldiyimiz üçün çox xoşbəxtəm”.