İyulun 8-də futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələlərinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan Futzal Federasiyasının (AFF) məlumatına görə, təmsilçimiz “Araz-Naxçıvan” bu mövsüm mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq.
Avropa reytinqində 21-ci pillədə qərarlaşan Naxçıvan klubu əsas mərhələdəki 24 komanda sırasında yer alıb. B divizionunun 2-ci qrupunda mübarizə aparacaq təmsilçimizin qrup matçlarına Polşa və ya Serbiya ev sahibliyi edəcək.
İlkin bölgüyə əsasən, komandamızın rəqiblərindən biri Polşanın “Pyast” və ya Serbiyanın “Loznitsa-Qrad 2018” kollektivi olacaq. Qrupdakı digər rəqiblərin kimliyinə isə 25-30 avqust aralığında keçiriləcək ilkin mərhələnin yekununda aydınlıq gələcək.
Əsas mərhələnin qarşılaşmaları bu ilin 27 oktyabr – 1 noyabr aralığında oynanılacaq.