“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko “Qəbələ”yə qarşı keçirilən yoldaşlıq görüşünü (0:1) belə şərh edib: “Bu qarşılaşma bizim üçün nəticədən çox, məlumat toplamaq baxımından əhəmiyyətli idi. Son üç gündə komandaya ağır fiziki yükləmələr verdiyimiz üçün futbolçular meydana yorğun çıxmışdılar. Əsas məqsədimiz oyunçuların tapşırıqları hansı səviyyədə icra etdiyini görmək idi. Meydandakı keyfiyyət bizim üçün hesabdan daha önəmli olduğu üçün futbolçulara məğlubiyyətə görə üzülməməyi tapşırdım. Biz bu səhvlərdən nəticə çıxararaq gələcəkdə daha yaxşı futbol nümayiş etdirməyi hədəfləyirik”.