AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48
Ölkə futbolu

AFFA prezidenti Rövşən Nəcəf media nümayəndələri üçün geniş mətbuat konfransı keçirib. Azərbaycan futbolunun gələcək strategiyası, infrastruktur problemləri, hakimlik və maliyyə şəffaflığı kimi bir çox aktual mövzuya toxunan assosiasiya rəhbəri, həm də azarkeş kimi gözləntilərini bölüşüb.

Son vaxtlar artan hakim narazılıqlarına toxunan Rövşən Nəcəf, referilərin prinsipial mövqe nümayiş etdirməli olduğunu vurğulayıb: “Əgər hakim hər narazılıqda mövqeyini dəyişsə, futbol xaos halına gələr. Hakimlərin təzyiq altında qərar dəyişməməsi məni sevindirir. Səhvlər varmı? Bəli, var. Amma hədəfimiz bu səhvləri minimuma endirməkdir. Hakimlik sistemində islahatlar aparılır və bu, bizim əsas prioritetlərimizdən biridir”.

Azərbaycan futbolunun ən böyük probleminin infrastruktur olduğunu etiraf edən AFFA prezidenti, çıxış yolunu həm də özəl sektorda görür: “İnfrastruktur bizim ən ağrılı yerimizdir. Bütün problemləri qısa zamanda həll etmək mümkün deyil. Biz klubların özəl sponsorlar cəlb etməsini stimullaşdırırıq. Stadionlara sponsor adlarının verilməsi və həmin vəsaitin birbaşa infrastrukturun yenilənməsinə yönəldilməsi real variantlardan biridir”.

O, həmçinin Premyer Liqada çıxış edən klublara qarşı tələblərin sərtləşdiriləcəyini, hər bir klubun öz stadionunda oynamasının vacibliyini qeyd edib.

İcraiyyə Komitəsinin (İK) fəaliyyəti və Qurban Qurbanovun iclaslarda az görünməsi ilə bağlı sualları cavablandıran Nəcəf bildirib ki, daimi təmas mövcuddur: “Qurban müəllim oyun qrafiki imkan verdiyi dərəcədə iclaslarda iştirak edir. Lakin biz rəsmi görüşlər olmadan da daim əlaqədəyik. Onun uşaq futbolu və futbolun ümumi inkişafı ilə bağlı dəyərli fikirləri bizim üçün önəmlidir. İK-da bütün fikirlər açıq şəkildə müzakirə olunur”.

Rövşən Nəcəf bir azarkeş kimi ən böyük arzusunu da dilə gətirib: “Mən o gün tam razı qalacağam ki, millimiz Dünya Çempionatının final mərhələsində oynasın. İnanıram ki, nə vaxtsa bu, baş verəcək. Azarkeş üçün əsas olan komandanın ruhu və mübarizə əzmidir”.

Ötən mövsüm ləğv edilən legioner limiti barədə danışan prezident, statistikanın müsbət olduğunu deyib: “Limit ləğv edildikdən sonra yerli oyunçuların meydanda qalma müddəti 13-14% azalsa da, rəqabət və oyun keyfiyyəti artıb. Klublarımızın beynəlxalq arenadakı uğurları da bunu təsdiqləyir”.

Klublara uşaq futbolu üçün ayrılan vəsaitlərin xərclənməsinə gəlincə, Rövşən Nəcəf ciddi nəzarət mexanizminin olduğunu və hər hansı yeyinti barədə məlumatı olanların federasiyaya müraciət etməsini xahiş edib: “Şəffaflıq bizim üçün qırmızı xətdir”.

Mətbuatın İcraiyyə Komitəsinin işindən məlumatsız olması iradını qəbul edən AFFA rəhbəri, jurnalistlərlə daha sıx ünsiyyət vəd edib: “Gələcəkdə media ilə qapalı görüşlər keçirmək, yeni nəsil idman jurnalistlərinin yetişdirilməsi və futbolun təbliği yollarını birlikdə müzakirə etmək niyyətindəyik”.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında klublarmızın oyunlarını idarə edəcək hakimlər bəlli olub

18.07.26 | 15:05

“Turan Tovuz” Türkiyə toplanışına bərabərliklə başladı

17.07.26 | 21:47

Qalmaqallı keçmişi ilə yadda qalan hakim: Narkotika, silah, qadın alveri, həbs…

17.07.26 | 17:14

«Paide» «Zirə» ilə matç ərəfəsində: Baş məşqçidən iddialı mesajlar

17.07.26 | 16:18

Premyer Liqada 2026/2027 mövsümünün püşkü atıldı

17.07.26 | 15:52

Ölkə Kubokunun finalının vaxtı açıqlandı

17.07.26 | 15:22

“Qarabağ”ın Avropa Liqasındakı oyunlarının vaxtı və məkanı müəyyənləşib

17.07.26 | 15:03

“Neftçi”nin Konfrans Liqasındakı oyunlarının vaxtı dəqiqləşdi

17.07.26 | 15:26

Okan Burukun tənqid etdiyi hakimə böyük etimad

17.07.26 | 15:56

Rüştü Rəçbərdən Məhəmməd Salah açıqlaması

17.07.26 | 14:30

Vinçiç göz yaşlarına hakim ola bilmədi: Mundialın finalı ona tapşırıldı

17.07.26 | 14:33

Pelenin 1958-ci il finalındakı forması hərracda rekord qırdı

17.07.26 | 14:32

Milli UEFA Millətlər Liqası öncəsi hazırlıq matçı keçirəcək

17.07.26 | 13:19

Çempionluq üzükləri: Dünya çempionatına Amerika sayağı yenilik

17.07.26 | 13:55

“Sabah”ın Çempionlar Liqasındakı oyunlarını idarə edəcək hakimlər bəlli oldu

17.07.26 | 13:46

Klublarmızdan avrokuboklarda tarixi rekord: 6 oyun, 6 qələbə

17.07.26 | 13:14

Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün püşkatması keçiriləcək

17.07.26 | 12:01

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34