Abubakar – növbəti Mpenza?

21.10.25 | 08:20
Ölkə futbolu

Belə görünür, Türkiyə futbol dairələri ilə Azərbaycan futbolu arasında bir anlaşma var. Ölkə futbolu, milli komanda böyük zülm-zillətdən sonra “Beşiktaş”dan bizə sırınan Fernandu Santuşdan yenicə yaxasını qurtarmışdı ki, indi də Vinsan Abubakar gəldi. Söz yox ki, vaxtilə yaxşı futbolçu olub, maraqlı və zaman-zaman üst səviyyədə karyerası olub. Amma Abubakarın axırıncı dəfə nə vaxt futbol oynadığı bəlkə heç özünün də yadında deyil. Görəsən, hava limanında bu toppuş afrikalını bəh-bəhlə qarşılayan azarkeşlərin xəbəri vardımı ki, Abubakar sonuncu dəfə may ayında meydana çıxıb. O vaxtdan bu vaxta qədər fərdi məşqlər edib, yəni ortalıqda qalıb. İndi də 33 yaşlı forvardı göndəriblər Bakıya.

Kamerunlunun fiziki vəziyyətinə baxanda onun formada olub-olmaması ilə bağlı suallar ortaya çıxır. Amma uzun zamandır klubsuz məşq edən və hücumçu üçün kritik yaşda olan biri üçün bu sual yersizdir. Abubakarın gəlişi nədənsə yadıma vaxtilə məşhur belçikalı Emil Mpenzanın “Neftçi”yə transferini yadıma saldı. 2010-cu ildə böyük coşqu ilə gətirilən bu məşhur futbolçu ilə 3 illik müqavilə imzalandı, amma 2012-ci ilin yanvarında, yəni bir ildən də az vaxtdan sonra çıxıb getdi. Əvəzində FİFA “Neftçi”nin ona 1 milyon avro ödəməsini əmr etdi. O dövrün 1 milyonu isə az pul deyildi. Beləcə, pensiya yaşında olan, formasından uzaq və adından başqa futbola aid heç nəyi qalmayan Mpenza Bakıda vaxtını keçirib bir ətək pulumuzu aparıb getdi, lap elə Fernandu Santuş kimi.

Deyəsən, “Neftçi” Abubakara da az pul söz verməyib. Bakı klubu son mövsümü “Hatayspor”un  ehtiyat oyunçular skamyasında gününü keçirən futbolçuya az pul xərcləməyəcək. Transfermarkt saytı “ağ-qaralar”ın bu keçidə görə 1.2 milyon avro kompensasiya ödədiklərini qeyd edib.  Ən yaxşı illərini arxada qoyan və formaya düşmək üçün kifayət qədər vaxta ehtiyacı olan kamerunluya bu qədər pul xərcləmək məntiqlidirmi? Təbii ki, ustalıq səviyyəsi hesabına Premyer Liqada bir-iki qolla yadda qalacaq, lap Mpenza kimi. Amma Azərbaycan futbolu üçün bu qədər böyük vəsaitə dəyərmi? May ayından bəri yaşıl meydandan kənarda qalan və karyerasının qürub çağını yaşayan futbolçu “Neftçı”yə nə fayda verəcək? Onun Kamerun millisində oynadığını deyənlərə isə xatırladaq ki, burada da vəziyyət ürək açan deyil. Hazırda Kamerunun DÇ-yə vəsiqə qazanması sual altındadır. Abubakar isə yığmanın oktyabrda keçirdiyi DÇ-2026-nın iki seçmə oyununda üst-üstə cəmi 12 dəqiqə meydanda olub. Onun komandası əvvəlcə Mavrikiyə uduzub (0:2), sonra isə Anqola ilə heç-heçə oynayıb – 0:0. Abubakar kimi klubsuz oyunçuya ehtiyacı olan millinin vəziyyəti göz qabağındadır. Görünən odur ki, Abubakar klubun işinə ciddi yaramasa, ortaya suallar çıxacaq. Adı qalıb özü olmayan futbolçunun gətirilməsi kimlərin işinə yarayır?

Paylaş:

Xəbər Lenti

“Araz-Naxçıvan” Ülvi İsgəndərovla müqaviləni yenilədi

17.06.26 | 14:26

“Sabah”ın ÇL-dəki potensial rəqibi: “Vardar” və ya “KuPS”

17.06.26 | 14:37

Milli Bakıda iki sınaq matçına çıxacaq

17.06.26 | 13:26

Cəlal Hüseynov “Petrolul”a keçib

17.06.26 | 13:15

Avstriya İordaniyaya üzərində qələbə qazandı

17.06.26 | 09:34

Messi 3 qolla tarixi rekorda çatdı

17.06.26 | 07:52

Norveç İraq üzərində böyük hesablı qələbə qazandı

17.06.26 | 07:57

Alfonso Dominqesdən minimum bürünc

17.06.26 | 07:19

Seneqal Fransaya ikinci hissədə təslim oldu

16.06.26 | 23:28

Alfonso Dominqesdən minimum bürünc

16.06.26 | 23:43

Püşk “Qarabağ”a İslandiya klubunu rəqib seçdi

16.06.26 | 23:14

“Zirə”nin Konfrans Liqasındakı  rəqibi bəlli oldu: “Qartallar” Gürcüstan təmsilçisi ilə qarşılaşacaq

16.06.26 | 23:30

Çempionlar Liqasında püşk atıldı: “Sabah” Uels klubu ilə qatşılaşacaq

16.06.26 | 18:02

Messinin DÇ-2026-dakı “təvazökar” sığınacağı: BILD Argentina düşərgəsinin sirlərini açır

16.06.26 | 17:58

Memonun vida göz yaşları: “Milli komandasız bir karyera təsəvvür edə bilmirəm”

16.06.26 | 17:28

İspanlar çıxılmaz vəziyyətdə: “Bu, tarixi bir uğursuzluqdur!”

16.06.26 | 17:06

Koreya millisində media böhranı: Jurnalistlərin ehtiyatsızlığı komandanı ayağa qaldırdı

16.06.26 | 17:12

“Araz-Naxçıvan” Cavid Hüseynova tapşırıldı

16.06.26 | 16:59

Yubilyar haqqında düşüncələr

16.06.26 | 16:34

Aldanmış Kəvakib

16.06.26 | 14:01