ABŞ-a heç Tramp da kömək edə bilmədi

07.07.26 | 06:00
Dünya futbolu

DÇ-nin ev sahibi olan bütün komandalar 1/8 final mərhələsində çıxışlarını başa vurdular. Kanada və Meksikadan sonra turnirlə ABŞ millisi də vidalaşdı. Amerikalılar Belçikaya böyük hesabla məğlub oldular.

Matçdan əvvəl əsas müzakirə mövzusu Bosniya ilə oyunda qırmızı vərəqə alan Folarin Baloqanın cəzasının ləğv edilməsi ətrafında yaranmış qalmaqal idi. ABŞ prezidenti Donald Trampın təzyiqi ilə qəbul olunduğu zənn edilən bu qərar ətrafında böyük qalmaqal yaranmışdı və FİFA ciddi tənqidə məruz qalırdı. Belə bir vəziyyətdə hətta Trampın ABŞ millisini bu mundialda xeyli irəli aparacağını gözləyənlər də var idi. Lakin xoşbəxtlikdən hər şey meydanda həll olundu və bu turnirdə ən yaxşı oyununu keçirən Belçika millisi meydan sahiblərini darmadağın etdi . ABŞ-ın köməyinə heç Tramp da çata bilmədi. Turnirdə ABŞ millisinin ən məhsuldar bombardiri olan Baloqan start heyətində meydana çıxdı, lakin komandası üçün maksimum fayda verə bilmədi. Bu qalmaqal isə belçikalıları əlavə motivasiya etmişdi. Onlar oyuna çox yaxşı başladılar və Şarl De Ketelarenin dəqiq zərbəsi sayəsində erkən hesabı açdılar.

Amerikalılar uğursuz başlanğıcdan sonra uzun müddət özlərinə gələ bilmədilər. Lakin su fasiləsindən sonra Maurisio Poçettinonun komandası hücumda fəallaşaraq vəziyyəti düzəltdi. Baloqan təhlükəli cərimə zərbəsi qazandı və Malik Tillman onu uğurla yerinə yetirdi. Top Vanakenin başına toxunaraq istiqamətini dəyişdi və Tibo Kurtuanı çıxılmaz vəziyyətdə qoydu. Vanaken ilk hissənin gedişində zədələnən Amadu Onananın əvəzinə təcili olaraq meydana daxil olmuşdu.

İkinci hissədə Amadu Onana qoltuqağacı ilə Belçika millisinin ehtiyat oyunçular skamyasına qayıtdı. Böyük ehtimalla, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi bu dünya çempionatında artıq meydana çıxmayacaq.

Tillmanın qolundan sonra amerikalıların sevinci uzun çəkmədi. Belçikalılar buraxdıqları qola mükəmməl reaksiya verdilər və qısa müddətdə yenidən önə keçdilər. De Ketelare dublunu rəsmiləşdirdi.

İkinci hissənin əvvəlində ev sahibləri nəhayət oyunda təşəbbüsü tam ələ almış kimi görünürdülər, lakin hücum cəhdləri nəticə vermədi. Üstəlik, ən vacib anda ABŞ millisinin qapıçısı böyük səhvə yol verdi. Friz De Ketelarenin təzyiqi altında topu itirdi, Vanaken isə bu səxavətli “hədiyyədən” maksimum istifadə edərək topu boş qapıya göndərdi.

Hadisələrin bu cür inkişafı amerikalıları sarsıtdı. Buna baxmayaraq, Poçettinonun komandası sonadək mübarizə apardı və möcüzəvi geri dönüş etməyə çalışdı. Oyunun sonlarında Baloqanın fərqlənmək üçün yaxşı imkanı oldu, lakin Folarin yaxın məsafədən Kurtuanı məğlub edə bilmədi. Əvəzində belçikalılar son nöqtəni Romelu Lukakunun qolu ilə qoyaraq ev sahiblərini darmadağın etdilər.

Beləliklə, ABŞ millisi evdə keçirilən dünya çempionatındakı çıxışını başa vurdu. 1/8 finalda mübarizəni dayandırmağı amerikalılar üçün tam uğursuzluq adlandırmaq olmaz. Bununla belə, Poçettinonun komandasının çıxışından “ulduzlu-zolaqlılar”ın bir çox azarkeşinin məyus qaldığı şübhəsizdir.

Belçika isə bu dünya çempionatında bir neçə zəif oyundan sonra ən vacib anda açıq-aşkar turnirdəki ən yaxşı matçını keçirdi, tam haqqı ilə 1/4 finala yüksəldi və burada İspaniya ilə qarşılaşacaq.

Dünya Kuboku, 1/8 final

ABŞ – Belçika 1:4

Sietl. “Lümen Fild” stadionu. 66925 tamaşaçı.

Hakim: Adam Mahadmex (İordaniya).

ABŞ: Fris, Frimen, Riçards, Rim, Robinson (Arfesten, 90+2), Adams (Pepi, 72), Makkenni, Tillman, Dest (Reyna, 46), Baloqan (Rayt, 90+2), Pulişiç (Berhalter, 59).

Belçika: Kurtua, Kastan, Nqoy, Mexele, Se Keyper, Raskin (Vitsel, 89), Onana (Vanaken, 21), Lukebakio (Doku, 67), Tilemans, Trossar (Salemakers, 89), De Ketelare (Lukaku, 67).

Qollar: Tillman, 31 – De Ketelare, 9; 33. Vanaken, 57. Lukaku, 90+3.

Sarı vərəqələr: Makkenni, 35. Tillman, 69.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26