Premyer Liqada 25-ci tura Qəbələdə yekun vurulub. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Neftçi” çətin səfər oyunundan qələbə ilə ayrılmağı bacarıb.
Matçın startı meydan sahibləri üçün uğurlu alınıb. Oyunun 20-ci dəqiqəsində Keyta penaltini dəqiq yerinə yetirərək “Qəbələ”ni önə keçirib. Lakin “ağ-qaralar”ın cavabı gecikməyib, cəmi 2 dəqiqə sonra Sambu tarazlığı bərpa edib.
İkinci hissədə təşəbbüsü tam ələ alan Bakı təmsilçisi 69-cu dəqiqədə kapitan Emin Mahmudovun penalti qolu ilə önə keçib. Matçın nöqtəsini isə 77-ci dəqiqədə meydana sonradan daxil olan Murad Məmmədov qoyub. Beləliklə, “Neftçi” 3:1 hesablı inamlı qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini möhkəmləndirib.
QƏBƏLƏ – NEFTÇİ 1:3 (1:1)
Qollar: 1:0 – Keyta, 20-penalti. 1:1 – Sambu, 22. 1:2 – Mahmudov, 69-penalti. 1:3 – Məmmədov, 77.
Baş hakim: Elçin Məsiyev.
“Qəbələ”: Səlahət Ağayev, Murad Musayev (k), Nuqay Rəşidov (Turan Manafov, 75), Eşqin Əhmədov, Seydina Keyta, Adriel Ba Lua, Xayme Syerra, Sambu Sissoko (Şahin Şahniyarov, 75), İsaak Amoa, Prins Ovusu, Domi Massumo (İsmahil Akinade, 63).
“Neftçi”: Kanan Piriç, Emin Mahmudov (k), Elvin Bədəlov (Murad Xaçayev, 73), Emil Səfərov, Mustafa Sek, Andrey Ştoqrin, İqor Ribeyro, Ifeanyi Metyu, Bassala Sambu (Freddi Varqas, 60), İmad Faraj, Breno Almeyda (Murad Məmmədov, 73).
Sarı vərəqələr: Bədəlov, 16. Rəşidov, 36. Əhmədov, 81.