Jorje Kaşkilya: “Rəqibin sərt oyununa hakim şərait yaradırdı”

08.03.26 | 19:17
Ölkə futbolu

Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən “Şamaxı” – “İmişli” matçından (0:0) sonra qonaq komandanın baş məşqçisi Jorje Kaşkilya oyunla bağlı fikirlərini bölüşüb.

Portuqaliyalı mütəxəssis qarşılaşmanın gərgin mübarizə şəraitində keçdiyini vurğulayıb: “Olduqca döyüşkən bir oyun izlədik. Rəqib komandanın daha çox uzun ötürmələrə üstünlük verəcəyini bilirdik və buna hazır idik. Xüsusilə matçın son 30 dəqiqəsində qol vurmaq üçün hücum xəttində təzyiqi artırdıq. Əlimizə bir neçə real qol imkanı düşsə də, təəssüf ki, onlardan yararlana bilmədik”.

Kaşkilya rəqibin sərt oyununa və hakimin bu duruma münasibətinə də toxunub: “Rəqib futbolçular qayda pozuntularına çox yol verirdilər, hakim isə onların sərt oyununa şərait yaradırdı. Biz görüşün tempini yüksəltməyə çalışsaq da, tez-tez baş verən folllar oyunun axarına mane olurdu. Əslində, səfərdə qazanılan bir xal pis nəticə deyil, lakin biz bura qələbə üçün gəlmişdik. Buna görə də hesabla tam razı olduğumu deyə bilmərəm”.”İmişli”nin son turlarda qələbə qazana bilməməsi və qol qıtlığı yaşaması barədə sualları cavablandıran baş məşqçi, komandasının ümumi çıxışını müsbət qiymətləndirib: “Hücum xəttində yaradıcılığı artıracaq futbolçu çatışmazlığı yaşadığımız bir reallıqdır. Unutmayaq ki, biz Birinci Liqadan yeni yüksəlmişik və artıq aktivimizdə 22 xal var. Bu, debütant üçün yaxşı göstəricidir. Turnir cədvəlindəki mövqeyimiz də qənaətbəxşdir. Düzdür, son vaxtlar qalib gələ bilmirik, amma məğlub da olmuruq. Hazırda əsas hədəfimiz rəqiblərin bizə çatmasına imkan verməməkdir. Bütün oyunçularım meydanda 100 faiz güclərini qoyurlar və nümayiş etdirdiyimiz futboldan razıyam”.

Paylaş:

Xəbər Lenti

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55

Ayxan Abbasovdan qələbə sonrası səmimi etiraflar: “Bu oyun bizə ciddi siqnallar verdi”

30.03.26 | 23:49

Millimiz Syerra-Leone “səddini” penaltilərlə keçdi

30.03.26 | 21:46

Arda və Duru obyektivlərə tuş gəlib

30.03.26 | 19:04

Osimhen zədəni unutdu: “Fənərbaxça”ya qarşı sahədə olacaq

30.03.26 | 19:14

Montella müdafiə səddi qurur: Kosovo səfərində yeni taktiki seçim

30.03.26 | 18:32

Gimnastlarmız Avropa zirvəsini hədəfləyir

30.03.26 | 18:18

Üç oyundan üç heç-heçə: U-17 seçmə mərhələ ilə vidalaşdı

30.03.26 | 18:45

Syerra-Leone qarşılaşması millimizə nə vəd edir?

30.03.26 | 08:33

Sablyaçılarımız Dünya Kubokunu ilk onluqda başa vurdu

30.03.26 | 07:29

Ayxan Abbasov: “Millidə ‘birinci’ və ‘ikinci’ heyət anlayışını yox etmək istəyirik”

29.03.26 | 20:19

Boksçularımız İstanbul turnirinə yollanır

29.03.26 | 17:29

Slovakiya səfəri öncəsi şok: Rumıniya millisi baş məşqçisiz qalıb

29.03.26 | 17:09

Miroslav Stupar: Ukrayna millisinə “Neftçi”nin baş məşqçisini məsləhət gördü

29.03.26 | 15:48

Pike Messi və Ronaldunu müqayisə etdi: “Biri maşın, digəri dahi”

29.03.26 | 14:13