“Qarabağ” klubunun hücumçusu Ramil Şeydayev karyerasını yenidən Rusiyada davam etdirə bilər.
Yekaterinburqun “Ural” millinin hücumçusu ilə maraqlanır. Klub futbolçunu icarəyə götürmək, yayda isə tam transferini rəsmiləşdirmək niyyətindədir. Hazırda tərəflər arasında danışıqlar gedir.
Xatırladaq ki, 29 yaşlı futbolçunun “atlılar”la müqaviləsi cari mövsümün sonuna qədərdir. Şeydayev daha əvvəl Rusiyada “Zenit”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun şərəfini qoruyub.