”Qarabağ” “Nyukasl” önündə aciz qaldı

18.02.26 | 21:31
Ölkə futbolu

Hələ bu oyundan əvvəl «Neftçi» ilə oyunu təxirə salınması ilə bağları isterika və Quba stadionunun vəziyyəti barədə Qurban Qurbanovun üsyanı əslində “Qarabağ”ın düşərgəsinə hakim olan təşvişdən xəbər verirdi. Qubadakı stadionun vəziyyəti və Premyer Liqanın təqvimi ilə çoxdan tanış olan Qurbanovun birdən-birə üsyankar çıxışını çoxları həyəcan siqnalı kimi qəbul etmədi. Amma görünən o idi ki, Qurbanov “Nyukasl”la oyundan yaxşı heç nə gözləmirdi və üfüqdə görünən uğursuzluq üçün bəhanələr axtarırdı. Bu matçda məğlubiyyət təbii ki, uğursuzluq sayılmazdı. Hər halda ağlı başında olan heç kim “Qarabağ”ın ingilis klubunu məğlub edəcəyini gözləməzdi. “Sağsağanlar”la oyunda uğursuzluq biabırçı məğlubiyyət ola bilərdi. Oyunun ilk yarısında qorxduğumuz başımıza gəldi. “Qarabağ”  ingilislərin basqısı qarşısında o qədər aciz idi ki, hətta ilk yarıda faciəvi nəticənin qaçılmaz olduğunu düşünmək olardı. Birinci hissədə ağdamlılar bir dəfə də olsun qapıya zərbə vura bilmədi. Qurbanovun komandası çox acınacaqlı təəssürat bağışladı və fasilədə bizə hesabın daha biabırçı olmaması üçün dua etmək qalırdı. Ya azarkeşlərin duaları işlədi, ya “Nyukasl” gücünü qorumaq qərarına gəldi, ikinci hissənin əvvəlində “Qarabağ” hələ nəfəs aldığını göstərdi və hətta qol da vurdu. Amma ingilislər tezliklə qol fərqini yenidən beşə qaldıraraq oyunu rahatca başa vurdular. İndi bizə bir həftə ərzində yenidən dua etmək qalır ki, Nyukaslda abırlı hesabla uduzaq.  

Çempionlar Liqası, Pley-off, ilk oyun

”Qarabağ” – “Nyukasl” 1:6
Qarabağ: Koxalski, Mateus Silva, Mustafazadə (Dani Bolt, 22), Medina, Cəfərquliyev, Bikalyo, Yankoviç, Andrade (Quseynov, 46), Montiel (Addai, 85), Zubir (Kadi, 85), Duran (Qurbanlı, 88).  
Nyukasl: Poup, Trippier, Tiav, Bern, Holl, Tonali, Voltemade, Uillok (Remzi, 68), Elanqa (Osula, 68), Barns (Niv, 87), Qordon (Mörfi, 68)
Qolar: Cəfərquliyev, 55 – Qordon, 3; 32-p; 34; 45+1-p. Tiav, 8. Mörfi, 72.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02