Avropada böyük şou: Bakıda tarixi sınaq, Norveçdə “buz döyüşü!”

18.02.26 | 00:05

Bu axşam köhnə qitədə futbol nəbzi ən yüksək həddə vuracaq. Bir tərəfdə Azərbaycan çempionunun tarixi sınağı, digər tərəfdə “yaralı” İspaniya nəhəngi və Norveçin soyuq meydanlarında qızışan ehtiraslar!

Qarabağ – Nyukasl: “Sağsağanlar” üçün Bakı tələsi

“Qarabağ”ın məqsədi: tarix yazmaq!

Qrup mərhələsinə fırtına kimi başlayan, lakin sonradan eniş yaşayan “Qarabağ”, xarakter nümayiş etdirərək adını top-24-ə yazdıra bildi. İndi isə səhv etmək limiti bitib. Təmsilçimiz öz meydanında, minlərlə azarkeşinin dəstəyi ilə sərfəli nəticə qazanmağa borcludur. Bakıya Premyer Liqada “yırğalanan”, lakin Çempionlar Liqasında fərqli sima göstərən “Nyukasl” gəlir. İngilislər üçün Bakıdakı atmosfer və “Qarabağ”ın pressinqi ciddi sınaq olacaq. Bu axşam Bakıda sadəcə futbol deyil, bir millətin arzusu meydanda olacaq!

Olimpiakos – Bayer: Pirey Limanında taktiki döyüş

“Ölüb-dirilən” yunanlar alman maşınına qarşı

Turnirə kabus kimi (5 oyuna cəmi 2 xal) başlayan “Olimpiakos”, əsl möcüzəyə imza ataraq ardıcıl 3 qələbə ilə 18-ci pilləyə yüksəldi və həyata qayıtdı. Yerli liqada Marko Nikoliçin AEK-indən geri qalsalar da, Avropada başqa havaya girirlər. 12 xalla 16-cı yerdə qərarlaşan “Bayer” isə Bundesliqadakı son uğurlu seriyasını (son 4 oyunda məğlubiyyətsizlik) Avropaya daşımaq niyyətindədir. Yunanıstandakı “qaynar” tribunalarda alman nizam-intizamı tab gətirə biləcəkmi?

Brügge – Atletiko: Müdafiəsiz hücum və “yaralı” Simeone

Qol şousu vəd edən qarşılaşma

“Brügge” son turlarda “Kayrat” və “Marsel”i darmadağın edərək pley-offa vəsiqə qazandı, lakin onların “Axilles dabanı” müdafiələridir (17 buraxılan qol). “Qarabağ”dan (21) sonra pley-off iştirakçıları arasında ən çox qol buraxan komanda məhz belçikalılardır. Digər tərəfdə isə Dieqo Simeonenin “Atletiko”su ağır günlər keçirir. “Qalatasaray” və “Budyo-Qlimt” itkilərindən sonra, həftəsonu “Rayo Valyekano”ya 0:3 hesablı məğlubiyyət Madrid klubunu sarsıdıb. “Brügge”nin iti hücum xətti, “Atletiko”nun hal-hazırda dağınıq olan müdafiəsini cəzalandırmağa hazırdır. Simeone üçün bu oyun “olum, ya ölüm” məsələsidir.

Bude Qlimt – İnter: Şimal buzlaqlarında “çirkin” oyun qorxusu

Süni örtük, soyuq hava və İtaliya liderinin imtahanı

Norveçdə əsl futbol şousu, bəlkə də, “buz döyüşü” gözlənilir. Vaxtilə “Mançester Siti”ni belə aciz qoyan “Bude Qlimt”in süni örtüklü meydançası bu dəfə “İnter”i qəbul edir. İtalyanlar ciddi itkilərlə üz-üzədir: Davide Frattezi (hərarət) və Hakan Çalhanoğlu (zədə) Milanda qalıb. Hakansız “İnter”in daha çox fiziki gücə və cinah asmalarına ümid edəcəyi gözlənilir. Meydan sahiblərinin baş məşqçisi Knutsen isə rəqibə psixoloji hücum edib: o, “İnter”in “çirkin taktika”larından (Bastoni hadisəsinə işarə) ehtiyatlandığını və təmiz futbol görmək istədiyini bildirib. “İnter” liderliyini soyuq Norveçdə sübut edə biləcəkmi?

21:45 Qarabağ – Nyukasl CBC Sport

00:00 Brügge – Atletiko CBC Sport

00:00 Bude Qlimt – İnter İctimai TV

00:00 Olimpiakos – Bayer

Paylaş:

Xəbər Lenti

19 yaşlı istedad Lionel Messinin 20 illik rekordunu qırdı!

13.09.26 | 02:49

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10