Səudiyyə Ərəbistanında ulduzlar savaşı: Benzema Ronalduya ismarış göndərdi

11.02.26 | 15:29
Dünya futbolu

Səudiyyə Ərəbistanında transfer pəncərəsinin son günündə Kərim Benzemanın “Əl-İttihad”dan Əl-Hilal”a keçidi böyük səs-küyə səbəb olub. Bu transfer fonunda fransız ulduzla köhnə komanda yoldaşı Kriştianu Ronaldo arasında yaşanan gərginlik gündəmi zəbt edib.

Yayılan məlumatlara görə, Ronaldo “Əl-Hilal”ın “Əl-Nəsr”dən daha çox dəstək aldığını iddia edərək, Benzemanın bu keçidinə etiraz edib və transferin ləğvini istəyib. Lakin Benzemanın qərarı qəti olub və o, portuqaliyalı futbolçunun narazılığına rəğmən “Əl-Hilal”la müqavilə imzalayıb.

“Telegraph” nəşrinin yaydığı şok iddiaya görə, Benzema “Real”da köhnə dostu olan Ronaldoya mesaj göndərərək onu qıcıqlandırıb: “Mənim maaşım səninkindən daha yüksəkdir və mən növbəti çempionluğa doğru gedirəm.” Bu ismarışın Ronaldonu ciddi şəkildə qəzəbləndirdiyi bildirilir.

Benzema yeni klubu “Əl-Hilal”ın heyətində çıxdığı ilk rəsmi matçda (“Əl-Oxdud”a qarşı) möhtəşəm oyun nümayiş etdirib. Komandasının 6:0 hesablı qələbəsi ilə başa çatan görüşdə fransız forvard het-trik edərək azarkeşlərin rəğbətini qazanıb.

Çempionluq yarışı da gərginliyi ilə seçilir: hazırda “Əl-Hilal” 50 xalla turnir cədvəlinə başçılıq edir. Onu cəmi bir xal fərqlə — 49 xalla “Əl-Nəsr” təqib edir.

Paylaş:

Xəbər Lenti

“Bernabeu”da “klassiko”, Lissabonda intiqam savaşı!

07.04.26 | 14:46

TV PROQRAM

07.04.26 | 11:21

Qurban Qurbanov: “Sanki hakimlər nə edəcəklərini bilmirlər”

07.04.26 | 07:31

“Qarabağ” “Karvan-Yevlax”a 7 qol vurdu

06.04.26 | 20:54

14 şahmatçımız Avropa çempionluğu yolunda

06.04.26 | 13:58

Ağırlıqqaldıranlarımızın qitə çempionatı üçün heyəti bəlli oldu

06.04.26 | 13:14

“Ferentsvaroş” “Qarabağ”ın ulduzuna elçi düşüb

06.04.26 | 13:59

Millimiz Moldovanı məğlub etdi

06.04.26 | 12:36

Ölümdən dönən “Çelsi”nin sabiq ulduzu futbolla vidalaşdı

06.04.26 | 07:13

Saşa İliç: “Mənimlə bağlı qərarı klub rəhbərliyi verəcək”

05.04.26 | 23:33

Yuri Vernidub: “Aprel ayı bizim üçün əsl sınaq olacaq”

05.04.26 | 23:53

Kaxaber Tsxadadze: “İstefa şayiələri komandadakı atmosferi pozur”

05.04.26 | 18:01

Azər Bağırov: “Qarşıdakı oyunlara köklənəcəyik”

05.04.26 | 18:06

Taekvondoçularımız Daşkənd “sınağında”

05.04.26 | 18:54

“Neftçi” Sumqayıtda qələbə qazandı

05.04.26 | 18:51

Məşhur futbolçunu vergi müfəttişlərinə bir kuryer “təslim etdi”

05.04.26 | 16:47

Litmanen yaşıl meydanlara qayıdır: 55 yaşlı əfsanə oğulları ilə eyni komandada!

05.04.26 | 16:11

Nariman Axundzadənin komandası səfərdə qələbə qazanıb

05.04.26 | 16:38

Avropa kubokunda daha bir cüdoçumuz finala yüksəlib

05.04.26 | 16:47

Karlsruedə Rauf Məmmədovdan ardıcıl qələbə

05.04.26 | 16:54