Ronaldo yoxa çıxdı

06.02.26 | 16:37
Dünya futbolu

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun “Əl-Nəsr” rəhbərliyindən narazı qalaraq məşqləri boykot etməsi və Səudiyyə Ərəbistanında yaranan “Ronaldo böhranı” gündəmi zəbt edib. Vəziyyət o həddə çatıb ki, liqa rəhbərliyi rəsmi açıqlama vermək məcburiyyətində qalıb, şəhər küçələrində isə ulduz futbolçunun “itkin düşməsi” ilə bağlı istehza dolu plakatlar peyda olub.

Liqa Rəsmisindən “Bərabərlik və İntizam” Mesajı

Ronaldonun klubun idarəetmə siyasətinə etiraz əlaməti olaraq “bunt” (üsyan) qaldırması iddialarına Səudiyyə Pro Liqasının nümayəndəsi geniş şərh verib. Rəsmi şəxs vurğulayıb ki, liqada bütün klublar üçün vahid və dəyişməz qaydalar mövcuddur:

“Səudiyyə Pro Liqası sadə bir prinsip üzərində qurulub: hər bir klub eyni qaydalar çərçivəsində müstəqil fəaliyyət göstərir. Klubların öz direktorlar şurası, rəhbərləri və futbol idarəçiliyi mövcudur. Oyunçu transferi, xərclər və strategiya ilə bağlı qərarlar, sabitliyi və rəqabət balansını təmin etmək üçün hazırlanmış maliyyə strukturu daxilində klubların özləri tərəfindən verilir. Bu struktur liqadakı bütün klublara bərabər şəkildə tətbiq edilir”.

Liqa nümayəndəsi Ronaldonun “Əl-Nəsr”ə sadiqliyini qeyd etsə də, heç bir oyunçunun klubdan üstün olmadığını xatırladıb:

“Kriştiano gəldiyi gündən bəri ‘Əl-Nəsr’ə tam sadiqdir, klubun inkişafında və ambisiyalarında mühüm rol oynayır. Hər bir elit idmançı kimi o da qalib gəlmək istəyir. Lakin heç bir şəxs, nə qədər nüfuzlu olsa belə, öz klubunun səlahiyyətlərindən kənar qərarlar qəbul etmir”.

Açıqlamada həmçinin liqadakı rəqabətin yüksək səviyyədə olduğu və sistemin düzgün işlədiyi vurğulanıb: “İlk dörd komandanı cəmi bir neçə xal ayırır, bu da sistemin nəzərdə tutulduğu kimi işlədiyini göstərir. Əsas diqqət futbol meydanında və sağlam rəqabətdə qalmalıdır”.

Küçələrdə “itkin düşən” Ronaldo plakatları

Rəsmi açıqlamalarla yanaşı, Səudiyyə Ərəbistanında azarkeşlərin reaksiyası da diqqət çəkib. Ronaldonun klub rəhbərliyindən narazı qalaraq məşqlərə qatılmaması şəhərdə yumoristik, lakin düşündürücü bir aksiyaya səbəb olub.

Belə ki, divarlarda Kriştiano Ronaldonun şəkli əks olunmuş “Axtarış” elanları peyda olub. Portuqaliyalı ulduzun “yoxa çıxmasına” işarə vuran plakatlarda bu sözlər yazılıb: “Xahiş edirik, əgər Kriştianonu görmüsünüzsə, bizə məlumat verin. O, evdən çıxıb və geri qayıtmayıb. Əgər onun harada olduğunu bilirsinizsə, lütfən, bu nömrə ilə əlaqə saxlayın: 7777-222-43-41”.

Bu hadisələr “Əl-Nəsr” daxilində gərginliyin hələ də səngimədiyini və ulduz futbolçunun gələcəyi ilə bağlı sualların açıq qaldığını göstərir.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02