Bu gün UEFA Çempionlar Liqasının 2025-26 mövsümünün liqa mərhələsinə yekun vurulur. Avropanın bütün nəhəngləri eyni vaxtda meydana çıxacaq. Bu, təkcə adi bir tur deyil, bütün mövsümün gərginliyinin zirvə nöqtəsidir.
Yeni formata əsasən, turnir cədvəlini ilk 8 pillədə başa vuran komandalar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü yerləri tutan klublar isə pley-off mərhələsində mübarizə aparacaqlar. Hazırda yeganə dəqiq məqam odur ki, “Arsenal” və “Bavariya” artıq ilk səkkizlikdəki yerini təmin edib, “Ayntraxt”, “Slaviya”, “Kayrat” və “Vilyarreal” üçün turnir başa çatıb.
Bu gecə iki qardaş ölkənin təmsilçisi — “Qarabağ” və “Qalatasaray” da meydanda olacaq. Hər iki komandamızın əsas məqsədi Avropa nəhənglərindən xal qoparmaq və pley-off mərhələsindəki yerini qorumaqdır.
“Liverpul“lun qonağı olacaq “Qarabağ“ öz növbəsində möcüzəyə imza atmaq və pley-off yolunda kritik xalları toplamaq üçün meydana çıxacaq. İşləri asan olmasa da, komandamız döyüşkən ruhu ilə hər kəsi təəccübləndirməyə hazırdır.
Ötən həftə Norveçdə gözlənilmədən “Bude Qlimt”ə uduzan “Mançester Siti”nin vəziyyəti risklidir. Onlar birbaşa vəsiqə üçün mütləq “Qalatasaray”ı məğlub etməlidir. “Siti” favorit sayılsa da, “Cim-Bom”un belə kritik anlarda sürpriz etməyi sevdiyini hamımız bilirik. Əgər “Qalatasaray” buradan xalla dönsə, bu, turnirin ən böyük sensasiyalarından biri olacaq.
PSJ – “Nyukasl”: Gecənin ən maraqlı qarşılaşması Parisdə baş tutacaq. Bu oyunun qalibi böyük ehtimalla ilk səkkizliyə düşəcək, məğlub tərəf isə pley-offla kifayətlənməli olacaq. Heç-heçə hər iki komandanı top-8-dən kənarda qoya bilər.
“Barselona” – “Kopenhagen”: Kataloniyalılar hazırda ilk səkkizliyin astanasındadır. Öz meydanında qazanılacaq qələbə “Barsa”nı birbaşa 1/8 finala daşıya bilər.
Mərkəzi qarşılaşmalar
Qarşılaşma Oyunun statusu və strateji önəmi
“Napoli” – “Çelsi” İki cəbhəli müharibə: Londonlulara ilk 8-liyə düşmək, Neapol təmsilçisinə isə turnirdə (ilk 24-lükdə) qalmaq üçün hava-su kimi yalnız qələbə lazımdır.
“Borussiya” D – “İnter” Zirvəyə hücum: “İnter” əlavə pley-off oyunlarının yorğunluğundan qaçmaq və birbaşa 1/8 finala yüksəlmək üçün Dortmund səfərindən mütləq 3 xalla dönməlidir.
“Monako” – “Yuventus” Təhlükə zonası: “Yuve” qazansa belə, top-8 şansı digər nəticələrdən asılıdır. “Monako” isə uduzacağı təqdirdə ÇL macərası ilə vaxtından əvvəl vidalaşacaq.
“Ayntraxt” – “Tottenhem” Birbaşa bilet: London təmsilçisi qələbə qazanacağı təqdirdə adını turnirin ən yaxşı 8 komandası sırasına yazdıracaq.
“Atletiko” – “Bude Qlimt” Simeonenin planı: Madridlilər üçün ilk səkkizlik qapısı yalnız qələbə ilə açıla bilər, 3 xal onlar üçün qaçılmaz zərurətdir.
“Uniоn Qillоis” – “Atalanta” Son ümidlər: Belçika təmsilçisi üçün bu, Avropada qalmaq üçün son şansdır. “Atalanta” isə top-8 şansını son dəqiqəyə qədər qorumağa çalışacaq.
Reytinq və prestij döyüşləri (pley-off mövqeləri)
Qarşılaşma Oyunun statusu və strateji önəmi
PSV – “Bavariya” Ev sahibi üstünlüyü: “Bavariya” artıq zirvədədir. PSV isə pley-off zonasında (9-24) möhkəmlənmək və pley-off oyununda ev sahibi üstünlüyünü qazanmaq üçün “Alman maşını”ndan xal qoparmalıdır.
“Ayaks” – “Olimpiakos” “Ayaks” üçün prestij: Yunanıstan təmsilçisi (24-cü yer) pley-off zonasının sonuncu pilləsindədir. İstənilən xal itkisi onları turnirdən kənarda qoya bilər. “Ayaks” (32-ci yer) üçün isə şanslar yalnız riyazi möcüzəyə qalıb. Niderland nəhəngi bu oyunda sadəcə öz azarkeşləri önündə başıuca vidalaşmaq və “Olimpiakos”u da özü ilə bərabər uçuruma yuvarlamaq üçün oynayacaq.
“Brügge” – “Marsel” Yüksəliş şansı: Fransızların pley-offda qalması üçün ən azı bir xala ehtiyacı var. “Brügge” isə qələbə qazanaraq turnir cədvəlində daha səpələnmiş) mövqeyə dırmaşmaq niyyətindədir.
“Atletik” – “Sportinq” Taktiki mövqe: Hər iki komanda pley-offu təmin edib. Lakin bu oyunun qalibi pley-off mərhələsində daha zəif rəqiblə qarşılaşmaq şansı qazanacaq.
Tarix və Möcüzə Axtarışında Olanlar
Qarşılaşma Oyunun statusu və strateji önəmi
“Arsenal” – “Kayrat” Tarixi rekord: Artıq liderliyi təmin edən “topçular” 8 oyunda 8 qələbə qazanaraq ÇL-in yeni formatında tarixə düşmək istəyirlər.
“Pafos” – “Slaviya” Möcüzə axtarışı: “Slaviya” üçün turnir bitsə də, “Pafos” isə böyük fərqlə qələbə qazanmalı və rəqiblərinin büdrəməsini gözləməlidirlər.
00:00 Liverpul – Qarabağ İctimai TV
00:00 Mançester S – Qalatasaray CBC Sport, TRT 1
00:00 Ayntraxt – Tottenhem
00:00 Arsenal – Kayrat
00:00 Atletik – Sportinq
00:00 Atletiko – Bude Qlimt
00:00 Ayaks – Olimpiakos
00:00 Bayer – Vilyarreal
00:00 Barselona – Kopenhagen
00:00 Benfika – Real
00:00 Borussiya D – İnter
00:00 Brügge – Marsel
00:00 Monako – Yuventus
00:00 Napoli – Çelsi
00:00 PSV – Bavariya
00:00 PSJ – Nyukasl
00:00 Uniоn Qillоis – Atalanta00:00 Pafos – Slaviya