“Liverpul”un hücumçusu Aleksandr İsak internetdə təhdidlər aldıqdan sonra ailəsini qorumaq üçün yaxşı təlim keçmiş Doberman cinsli iti alıb.
26 yaşlı isveçli “Nyukasl”dan “Liverpul”a mübahisəli keçidindən və İsveç yığmasının qrup mərhələsində mundiala vəsiqə qazana bilmədikdən sonra tez-tez sosial mediada ölüm təhdidləri alır. Mediadanın məlumatlara görə, futbolçu ailəsini mümkün təhlükədən sığortalamaq üçün 30.000 funt sterlinqə it alıb.
Bu mövsüm İsak “Liverpul”da bütün yarışlarda səkkiz oyun meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.