Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən görüşdə “Şamaxı” ilə sülhə razılaşan (1:1) “Sumqayıt”ın baş məşqçisi Filipe Kandidu qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
Portuqaliyalı mütəxəssis xal itkisinə baxmayaraq, komandasının oyunundakı müsbət dinamikanı xüsusi vurğulayıb: “Hər iki hissədə kifayət qədər qol epizodu yaratdıq. Bugünkü mübarizəyə görə sadəcə bir xalla kifayətlənməyə layiq deyildik. Lakin komandada nəzərəçarpan inkişaf görürəm. Rəqibimiz həqiqətən də təhlükəli kollektivdir. Aydın görünür ki, üzərimizdə hələ çox çalışmalıyıq. Bir daha qeyd edirəm, komanda olaraq artırırıq və gələcəkdə daha yaxşı futbol nümayiş etdirəcəyik”.
Kandidu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin hazırlıq prosesinə təsirindən də söz açıb: “Milli fasiləyə gəlincə, bir tərəfdən bu bizim üçün faydalıdır, çünki taktiki detalları cilalamağa vaxtımız olacaq. Digər tərəfdən isə, ehtimal ki, iki futbolçumuz milli komandaya dəvət alacaq və hazırlığı tam heyətlə keçirə bilməyəcəyik. Hər bir halda, yetirmələrimin milli komandaya çağırılması mənim üçün böyük fəxrdir”.