Polşa Ekstraklasa çempionatında 8-ci tura start verilib. Millinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” doğma meydanda “Motor”u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Yeri gəlmişkən, Emrelinin oyununu stadiondan millinin baş məşqçisi Ayxan Abbasov və yığmanın idman direktoru İlqar Qurbanov da canlı izləyib.
Xatırladaq ki, “Rakuv” mövsümdə ilk qələbəsini qazanıb. Hazırda Çenstoxova təmsilçisi 8 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.