Qurban Qurbanov: “Biz gecikdik, amma artıq itirəcək heç nəyimiz yoxdur”

28.08.26 | 01:40
Ölkə futbolu

“Qarabağ”ın Avropadakı yürüşünün “Tvente” səddində başa çatmasından sonra baş məşqçi Qurban Qurbanov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. Bakıda keçirilən cavab oyununda 1:4 hesabı ilə məğlub olan Ağdam təmsilçisi ilk matçdakı 1:0 hesablı qələbənin üstünlüyünü qoruya bilməyərək Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək şansını əldən verib.

Qurban Qurbanov məğlubiyyətə baxmayaraq, komandanın mübarizə əzmini xüsusi qeyd edib, qarşılaşmada yol verilən səhvlərdən danışıb və qarşıdakı dövrdə daha ciddi dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.

Qurban Qurbanov qarşılaşmadan sonra nəticədən məyus olduğunu bildirib: “Təəssüf ki, məğlub olduq. Belə nəticə istəmirdik. Əlbəttə, səhvlərimiz oldu. Amma meydanda mübarizə aparan kollektiv gördüm. Çatışmazlıqlarımız var idi. Rəqibi təbrik edirəm. Ən azı Konfrans Liqasının əsas mərhələsinə düşmək istəyirdik. Bundan sonra işimizə daha məsuliyyətlə yanaşmalıyıq. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Fanatlar möhtəşəm atmosfer yaratmışdılar”.

Baş məşqçi qarşılaşmanın dönüş nöqtəsi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, hücum xəttində rotasiya imkanlarının məhdud olması komandanın oyununa təsir edib: “Hücumda rotasiya edə bilmədik. Çatışmazlıqlarımız var idi. Belə komandaya qarşı ön xətdə daha sürətli olmalı idik. “Tvente” topla çox yaxşı davranır”.

Qurbanov komandanın avrokuboklardan kənarda qalmasının gələcəkdə müsbət tərəflərinin də ola biləcəyini istisna etməyib: “Dəyişikliklərə başlayanda rəhbərliklə uzun söhbətimiz oldu. Dəyişikliklərin vacib olduğu hiss olunurdu. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda iştirak etməməyimiz xeyrimizə olacaq. Amma Avropa təcrübəsi də bizə lazım idi. Bu, futbolçular üçün əlavə məsuliyyət və təcrübə demək idi. Komandada dəyişikliklər etməyə çalışırıq və inanmaq istəyirik ki, bunlar yaxşılığa doğru olacaq. Futbol hər il inkişaf edir. Rəqiblərlə bərabər səviyyədə oynamaq və rəqabət aparmaq üçün biz də daha çox təkmilləşməliyik”.

Qurban Qurbanovun Avropadakı 13 illik seriyasının məhz bu məğlubiyyətlə başa çatması da diqqət çəkib. Lakin 13 rəqəminin onun üçün xüsusi məna daşıması ilə bağlı suala baş məşqçi belə cavab verib: “Belə şeylərə o qədər də inanmıram. Sadəcə, 13 rəqəmini özümüz seçmişdik. Belə detallara diqqət yetirməyə dəyməz”.

Qurbanov Bruno Lanqenin əvəzlənməsinə də aydınlıq gətirib: “İkinci sarı vərəqə ala bilərdi. Oyun gərginləşirdi və risk etməmək üçün onu meydandan çıxardıq”.

Baş məşqçi yeni mövsümdə ölkə çempionatında çempionluq mübarizəsinin əvvəlki illərlə müqayisədə daha çətin olacağını bildirib: “Çempionatda rəqabət artıb. “Sabah”, “Neftçi” və “Zirə” güclənib. “Turan Tovuz”u da qeyd etmək lazımdır. Onlar yaxşı heyət formalaşdırıblar. Biz yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, futbolçularımız optimal formaya düşəcəklər”.

“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində “Barselona” ilə Bakıda qarşılaşacağı xatırladıldıqda isə Qurban Qurbanov maraqlı cavab verib: “Əgər stadionda olsam, “Sabah”a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzulayıram. Burada xüsusi əlavə edəcəyim bir şey yoxdur. “Barselona”ya digər oyunlarda azarkeşlik edəcəyəm” .

Qurbanov “Tvente” ilə cavab oyununda məğlubiyyətdən sonra transferlərin gecikdirilməsi və heyətin yetərincə geniş olmaması ilə bağlı tənqidlərə də münasibət bildirib. Təcrübəli mütəxəssis bu məsələdə gecikdiklərini etiraf edib: “Biz gecikdik. Ümumi transfer işinə yanvar ayından başlamışdıq. Nəyi bacardıqsa, onu da tez etdik. Əgər bu transferlər ən azı 10 gün əvvəl həll olunsaydı, bunun faydasını görə bilərdik. Alınmadı… Heyətlə bağlı problemlərimiz oldu, gözlənilməz zədələr yaşandı. Artıq itirəcək heç nəyimiz yoxdur. Görünür, bu gün məğlubiyyət bizim üçün yazılmışdı. İndi əsas məsələ bu məğlubiyyətə necə reaksiya verəcəyimizdir”.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02