Maradonanın “Tanrının əli” topu milyona satıldı: Gözləniləndən 3 dəfə ucuz

24.08.26 | 16:19
Dünya futbolu

Dünya futbol tarixinin ən əfsanəvi matçlarından birində istifadə olunan və Diyeqo Maradonanın iki unudulmaz qoluna şahidlik edən “Adidas Azteca” topu hərracda satılıb. DÇ-86-nın 1/4 finalındakı Argentina – İngiltərə görüşündən qalan bu tarixi əşya “Heritage Auctions” hərrac evində təxminən 2,9 milyon avroya sahibini tapıb.

Mütəxəssislər topun 8,6 milyon avroya satılacağını təxmin etsələr də, son təklif gözləniləndən kifayət qədər aşağı olub. Buna baxmayaraq, idman dünyası üçün bu top unikal bir dəyərə sahibdir. 1986-cı il iyunun 22-də Mexikodakı “Atsteka” stadionunda baş tutan matçın ikinci hissəsində Maradona cəmi 4 dəqiqə ərzində eyni topla futbol tarixinin axarını dəyişən iki qola imza atmışdı.

Matçın 51-ci dəqiqəsində ingilislərin qapıçısı Piter Şiltonu qabaqlayan Maradona topu sol əli ilə tor göndərmiş. Tunisli baş hakim Əli bin Nasser bu epizodda əllə oyunu görməyərək qolu qeydə alıb. Matçdan sonra əfsanəvi futbolçu jurnalistlərə müsahibəsində həmin anı belə təsvir etmişdi: “Qol bir az Maradonanın başı, bir az da Tanrının əli ilə vuruldu”.

Cəmi 4 dəqiqə sonra isə Maradona öz meydançasından götürdüyü topla ingilislərin bütün müdafiə xəttini yararaq 70 metrlik möhtəşəm reyd etdi və “Əsrin qolu”nu vurdu. Argentina 2:1 hesabı ilə qalib gəldi və sonda kapitan Maradonanın rəhbərliyi ilə ikinci dəfə dünya çempionu oldu.

Dallasa məxsus hərrac evi bu topu idman tarixinin “ən məşhur topu” adlandırmışdı. “Heritage”in eksperti Mayk Provensale topun həmin matçda Maradonanın geyindiyi və 2022-ci ildə 8 milyon avroya satılan forması ilə eyni qiymətə satılacağını gözləyirdi.

Lakin 2,9 milyon avroluq qiymət idman rekordlarından xeyli uzaqdır. Müqayisə üçün qeyd edək ki, 1952-ci ilə ait Mikki Mantl beysbol kartı 10,8 milyon avroya, Beyb Rutun 1932-ci ilə aid forması isə 2024-cü ildə rekord məbləğə – 20,7 milyon avroya satılıb. Hətta Şohey Otaninin 2024-cü ildə 50-ci houm-ranını vurduğu beysbol topu da 3,8 milyon avroya alıcı tapmışdı.

1986-cı ildəki matçın final fiti səsləndikdən sonra tunisli hakim Əli bin Nasser topu götürərək 30 ildən çox öz şəxsi kolleksiyasında saxlamışdı. 2023-cü ildə o, müstəqil ekspertizalar tərəfindən də təsdiqlənən rəsmi məktub imzalayaraq, bu topun həmin qarşılaşmada istifadə olunan yeganə top olduğunu təsdiqlədi. Topun hərrac tarixi də olduqca qalmaqallı olub. Bin Nasser onu ilk dəfə 2022-ci ildə təxminən 2 milyon avroya satmışdı. 2023-cü ildə isə top yenidən satışa çıxarılsa da, minimum qiymət həddi toplanmadığı üçün satılmamışdı.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02