Dünya Çempionatı zamanı adı böyük qalmaqalda hallanan və hətta Donald Trampın da məsələyə müdaxilə etdiyi Folarin Baloqun yayda “Monako”nu tərk etməyə yaxındır.
“TEAMtalk” və “Flashscore”un məlumatına görə, 25 yaşlı amerikalı hücumçu ilə bir sıra ingilis klubları yaxından maraqlanır. Bəzi Premyer Liqa təmsilçiləri artıq futbolçunun ətrafı ilə ilkin danışıqlar aparıb.
2023-cü ildə 30 milyon avroya “Arsenal”dan “Monako”ya keçən Baloqun ötən mövsüm bütün turnirlərdə 19, mundialda isə 3 qola imza ataraq diqqət çəkib. Müqaviləsinin bitməsinə 2 il qalmış Fransa klubu futbolçunu təxminən 40 milyon avroya satmağa razıdır.
Hücumçu üçün əsas iddiaçı “Nyukasl” hesab olunur. Bununla yanaşı, “Nottingem Forest”, “Everton”, “Fulhem”, “Lids” və “Sanderlend” də durumdan xəbərdardır. İngiltərədən kənarda isə “Borussiya” (Dortmund), “Yuventus” və “Atletiko” (Madrid) Baloqunu heyətinə qatmaqda maraqlıdır.
Müvəqqəti kənarlaşdırılması ilə bağlı yaşanan qalmaqallara baxmayaraq, ABŞ yığmasının heyətində sərgilədiyi inamlı oyun Baloqunun transfer dəyərinə mənfi təsir etməyib. Əksinə, karyerasının pik nöqtəsinə qədəm qoyan 25 yaşlı forvardın yenidən Britaniyaya qayıtması an məsələsi hesab olunur.