DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00
Dünya futbolu

DÇ-2026-nın yarımfinalında İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksələn Argentina yığmasının oyundan sonrakı hərəkəti böyük siyasi qalmaqala səbəb olub. Meydanda “Las Malvinas son Argentinas” (Folklend adaları Argentinanındır) yazılmış pankart açan futbolçular Böyük Britaniyanın sərt reaksiyası ilə üzləşiblər.

Matçdan sonra qələbəni qeyd edən komandanın kapitanı Lionel Messi, eləcə də Kristian Romero və Lisandro Martinez kimi oyunçuların açdığı pankart ciddi müzakirələrə yol açıb. Yarımmüdafiəçi Leandro Paredesin “Folklend həmişə Argentinanın olacaq” açıqlaması isə gərginliyi daha da artırıb.

FİFA-nın tədbirlərində siyasi mesajların qəti qadağan olunmasına baxmayaraq baş verən bu insident Böyük Britaniya hökumətini hərəkətə keçirib. Baş Nazirin ofisi FİFA-dan dərhal intizam araşdırması başlamağı tələb edərək, rəsmi bəyanatda bu diqqətçəkən ifadəyə yer verib: “Dünya Kuboku bizim olmaya bilər, lakin Folklend adaları mütləq bizimdir”.

Britaniyanın siyasi dairələri baş verənlərə sərt reaksiya verərək, FİFA-dan dərhal addım atmağı tələb ediblər. Liberal Demokratların lideri Ed Deyvi 2024-cü ildə “Cəbəllütariq İspaniyanındır” şüarına görə Rodri və Alvaro Moratanın cəzalandırılmasını presedent kimi göstərərək, həmin pankartı tutan argentinalı futbolçuların final oyunundan kənarlaşdırılmasını tələb edib. Eyni zamanda, Mühafizəkarlar Partiyasının lideri Kemi Badenok Folklend adalarının Britaniya ərazisi olduğunu bəyan edərək, bu torpaqların hər zaman müdafiə olunacağını vurğulayıb.

Bu, FİFA üçün ilk belə hal deyil. 2014-cü ildə Sloveniya ilə yoldaşlıq oyunundan əvvəl eyni məzmunlu pankart açdığı üçün Argentina yığması 20 min funt-sterlinq cərimələnmişdi. Turnir ərzində hər cür siyasi şüar və bayraqlar qadağan olunduğundan, Argentinanın yenidən cəza alacağı gözlənilir.

Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruel də futbolçulara dəstək verərək, İngiltərəni “torpaq qəsbkarı olan quldurlar” adlandırıb. O, “Pankartları qadağan edə bilərlər, amma bunu qanımızdan silə bilməzlər” deyərək gərginliyi artırıb.

Futbol meydanındakı bu gərginlik diplomatik müstəviyə də sıçrayıb. Argentina hökuməti Britaniyanın “HMS Medway” hərbi gəmisinin onların ərazi sularına qanunsuz daxil olduğunu iddia edərək rəsmi etiraz notası verib. Böyük Britaniya isə hərəkət barədə Buenos-Ayresin əvvəlcədən məlumatlandırıldığını bildirərək ittihamları rədd edib.

Məlumat üçün: Folklend (Malvin) adaları uğrunda 1982-ci ildə iki ölkə arasında baş vermiş 10 həftəlik müharibə Böyük Britaniyanın qələbəsi ilə başa çatıb. Həmin münaqişədə hər iki tərəfdən ümumilikdə 900-dən çox hərbçi həlak olub.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslaniyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09

FİFA-da “Infantino əleyhinə” koalisiya: Avropa federasiyaları alternativ axtarışındadır

17.07.26 | 01:10

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu: Minsk “Dinamo”su dramatik qələbə qazandı

17.07.26 | 01:07

DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43

Bil şahmat festivalı: Aydın Süleymanlıdan növbəti sülh

16.07.26 | 23:30

Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06

“Zirə”nin rəqibi bəlli oldu: “Payde” Litva klubunu darmadağın edərək mərhələ adladı

16.07.26 | 23:44

“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20

​”Neftçi” və “Sea Breeze” tərəfdaşlığı yeni mövsümdə də davam etdirəcək

16.07.26 | 20:27

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45