“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43
Ölkə futbolu

UEFA Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlməyə yaxın olan “Qarabağ”ın növbəti rəqibi müəyyənləşib. Şimali İrlandiyada “Derri Siti”nin qonağı olan Bolqarıstanın ÇSKA (Sofiya) klubu gərgin keçən matçda 2:1 hesablı qələbə qazanıb. İlk görüşdə də rəqibini üstələyən (3:2) bolqarlar, iki oyunun nəticəsinə əsasən ümumi 5:3 hesabı ilə mərhələ adlayaraq Ağdam klubuna rəqib olublar.

Derridəki qarşılaşma qonaq azarkeşlərin yaratdığı kütləvi iğtişaşla yadda qalıb. ÇSKA fanatları qoruyucu sədləri qıraraq ailə sektoruna hücum ediblər. Nəticədə azyaşlılar təhlükəsizlik məqsədilə yaşıl meydançaya qaçmaq məcburiyyətində qalıblar.

Bu insident səbəbindən baş hakim matçı dayandırıb və futbolçular paltardəyişmə otağına yollanıb. İrlandiya mətbuatı qonaqların bu hərəkətini “tam biabırçılıq” adlandıraraq sərt şəkildə qınayıb.

Yaranmış uzunmüddətli fasiləyə görə referi ikinci hissəyə düz 20 dəqiqə əlavə edib. MOİK qələbəni məhz bu uzatma dəqiqələrində qoparıb. Qarşılaşmada hesabı 47-ci dəqiqədə meydansahiblərindən Ellis Çepmen açsa da, 75-ci dəqiqədə İoannis Pittas status-kvonu bərpa edib. Matçın 90+18-ci dəqiqəsində isə “Derri Siti”nin oyunçusu Barri Kotterin öz qapısına vurduğu qol sayəsində Sofiya təmsilçisi 2:1 hesablı qələbəyə sevinib

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02