Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatları tarixində mütləq rekorda imza atıb. DÇ-2026-nın yarımfinalındakı İspaniya ilə qarşılaşma təcrübəli mütəxəssis üçün yaddaqalan olub. Bu oyun Deşamın Fransa yığmasının sükanı arxasında mundiallarda çıxdığı 26-cı matç kimi qeydə alınıb.
Bununla da fransalı mütəxəssis Almaniya millisinin əfsanəvi çalışdırıcısı Helmut Şönü (25 oyun) geridə qoyaraq dünya çempionatları tarixində ən çox oyuna çıxan baş məşqçi ünvanını təkbaşına ələ keçirib.