“Zirə”nin bu yay heyətinə qatdığı qapıçı Maykon Kleyton gözlənilməz zədə səbəbindən sıradan çıxıb.
Komandanın təlim-məşq toplanışı zamanı zədələnən braziliyalı qolkiper müalicə olunmaq üçün vətəninə yola düşüb. Braziliyada cərrahi əməliyyat olunacaq Kleyton bərpa prosesini də orada keçirəcək. Səhhətini tam bərpa etdikdən sonra oyunçunun yenidən “Zirə”nin düşərgəsinə qayıdacaq. İlkin ehtimallara görə, bu proses təxminən üç ay vaxt aparacaq.
Qəsəbə təmsilçisi 29 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalayıb. Təəssüf ki, cənubi amerikalı legioner gözlənilməz zədəni komandadakı ikinci məşqində alıb.