Dirk Şuster: «Məğlubiyyətə baxmayaraq, cavab matçında digər üzümüzü göstərməyə çalışacağıq»

09.07.26 | 00:48

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda «Zirə»yə 0:3 hesabı ilə məğlub olan Gürcüstanın «Torpedo» (Kutaisi) klubunun baş məşqçisi Dirk Şuster matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Almaniyalı mütəxəssis bakılıların taktiki baxımdan daha üstün oynadığını etiraf edib, azarkeşlərin reaksiyasına toxunub və cavab görüşü ilə bağlı ümidlərini bölüşüb.

Təcrübəli çalışdırıcı oyundan əvvəl vəd etdiyi «sürpriz»in nə üçün alınmadığını və komandasının konsentrasiyanı itirdiyini bildirib: «Oyundan öncə sürpriz hazırlamışdıq, lakin görünür, çox güclü rəqiblə qarşılaşdıq. Öz oyunumuzu sərgiləyə bilmədik. «Zirə»nin heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. İlk 30 dəqiqədən sonra tamamilə konsentrasiyanı itirdik və rəqib üstünlüyü əlinə aldı. Düzü, qol buraxacağımızı gözləyirdik, lakin meydanda daha yaxşı təsir bağışlayan tərəf matçın fazoriti qalib gəldi. Meydan sahibləri taktiki cəhətdən çox güclü idilər. Hesab 0:2 olduqdan sonra futbolçularım mənən sındı oyunun axarını dəyişməyə çalışsaq da, alınmadı».

Gürcüstanda çempionatın davam etməsinə baxmayaraq, rəqibin fiziki baxımdan daha üstün görünməsinə münasibət bildirən Şuster, yetirmələrinin yorğunluğundan şikayətlənib: «Biz sonadək mübarizə apardıq, qol vurmaq istəyirdik, lakin alınmadı. 0:3 hesabından sonra oyunun axarını dəyişmək müşkül məsələyə çevrildi. Futbolçularımın yorğun olduğu hiss olunurdu». Baş məşqçi azarkeşlərin sərt reaksiyasını təbii qarşılasa da, cavab matçında möcüzəyə imza atmağa çalışacaqlarını vurğulayıb: «Məğlubiyyətdən sonra azarkeşlərin məyus olması və narazılıq bildirməsi normaldır. Lakin tribunada özünü bu cür aparmaq düzgün deyil. Yəqin ki, 0:1 hesabı ilə uduzsaydıq, bu cür kəskin reaksiya verməzdilər. İndi bütün diqqətimizi cavab görüşünə yönəltməliyik. Bir həftə sonra keçiriləcək matçda tam fərqli üzümüzü göstərməyə çalışacağıq. 0:3-dən sonra vəziyyəti xilas etmək çox çətin olacaq, lakin məqsədimiz oyunu ən azı əlavə vaxta daşımaqdır. Futbolda bundan da böyük hesablı məğlubiyyətlərin əvəzini çıxan komandalar olub».

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02