İngiltərə meydan sahiblərini dayandırdı

06.07.26 | 07:14
Dünya futbolu

Meksika və İngiltərə milliləri azarkeşlərə əsl futbol tamaşası bəxş etdilər. Oyuna daha yaxşı başlayan tərəf “yaşıllar” oldu. Bu mundialda indiyədək qol buraxmayan Meksika ilk təhlükəli epizodu yaratdı, lakin Raul Ximenesın zərbəsini Pikford möhtəşəm seyvlə dəf etdi. Su fasiləsindən sonra Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə millisi oyunda üstünlüyü ələ aldı. Cud Bellingem cəmi üç dəqiqə ərzində dubl edərək komandasını önə keçirdi. Lakin birinci hissənin sonları tamamilə Meksikanın üstünlüyü şəraitində keçdi. Meydan sahibləri nəinki hesabı bərabərləşdirə, hətta önə də keçə bilərdilər, amma yalnız bir fürsətdən yararlandılar. Fərqlənən futbolçu Xulian Kinyones oldu. Sezar Montes da qola çox yaxın idi, lakin onun zərbəsinin qarşısını Bellingem aldı.

Fasilədən sonra da Meksika hücumlarını davam etdirdi. Bununla belə, ilk təhlükəli epizodu İngiltərə yaratdı – Nico O’Raylinin zərbəsi dirəyə tuş gəldi. Daha sonra ingilislər üçün vəziyyət çətinləşdi. Jarrel Kuanse birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu. Buna baxmayaraq, az sonra Entoni Qordon penalti qazandırdı və Harri Keyn bu imkandan maksimum yararlandı. Bu qol Keyn üçün turnirdə artıq altıncı oldu. Bundan əlavə, o, Dünya Çempionatlarında vurduğu qolların sayına görə Qerd Müllerə çatdı – hər iki futbolçunun hesabında 14 qol var.

Lakin çox keçmədən Keyn mənfi mənada diqqət mərkəzinə düşdü və öz qapısına penaltiyə səbəb oldu. “Nöqtə”dən Raul Ximenes dəqiq zərbə ilə hesab arasındakı fərqi minimuma endirdi. Oyunun sonuna, əlavə olunmuş vaxt da daxil olmaqla, 30 dəqiqədən çox qalsa da, İngiltərə Meksikanın təzyiqinə tab gətirdi. “Yaşıllar”ın son dəqiqələrdə hücumları tələskənlik səbəbindən əvvəlki qədər təhlükəli alınmadı.

Beləliklə, Meksika millisi növbəti dəfə Dünya Çempionatında 1/8 final mərhələsində mübarizəni dayandırdı. Halbuki əvvəllər ev sahibliyi etdiyi mundiallarda komanda 1/4 finala qədər irəliləmişdi.

İngiltərə isə yoluna davam edir. Tomas Tuxelin komandası ardıcıl ikinci oyunda xarakter nümayiş etdirdi və indi onu 1/4 finalda Norveç millisi ilə qarşılaşma gözləyir.

Dünya Kuboku, 1/8 final

Meksika – İngiltərə 2:3
Mexiko. “Asteka” stadionu. 80824 tamaşaçı.
Hakim: Alirza Faqani (Avstraliya).

Meksika: Ranhel, Xorxe Sançes (Fidalqo, 79), Sezar Montes (Edson Alvares, 46), Yohan Vaskes, Qalyardo, Mora (Qutyerres, 61), Lira, Romo (Sant. Ximenes, 61), Alvarado, Raul Ximenes, Kinyones (Gil. Martines, 81).
İngiltərə: Pikford, Kuansa, Konsa, Gexi, ORayli (Bern, 75), Rays, Anderson (Spens, 75), Saka (Stouns, 57), Bellingem, Qordon, Keyn (Rocers, 90).

Qollar: Bellingem, 36 (0:1). Bellingem, 38 (0:2). Kinyones, 42 (1:2). Keyn, 60-p. (1:3). Ximenes, 69-p (2:3).

Sarı vərəqələr: Rays, 1. Gexi, 68. Xorxe Sançes, 71. Orayli, 72. Yohan Vaskes, 90+8. Henderson, 90+8 (kənarda).

Qırməzə vərəqə: Kuansa, 54.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24