Haaland Braziliyanı DÇ-dən kənarlaşdırdı

06.07.26 | 00:44
Dünya futbolu

Braziliya millisi 2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsində Norveçə 1:2 hesabı ilə məğlub olaraq titul uğrunda mübarizəni erkən dayandırdı! Oyun “pentakampeonlar” üçün həyəcanlı başladı. Artıq 3-cü dəqiqədə Alisson Beker Bergin dirəyin altına göndərdiyi dəqiq zərbədən sonra topu qapısından çıxarmağa məcbur oldu. Lakin Serlot ofsaydda olduğu üçün qol ləğv edildi. Oyunun davamı Karlo Ançelottinin komandası üçün məyusedici alındı. Cənubi amerikalılar oyunu bir qədər Alissonun qapısından uzaqlaşdırdıqdan sonra Braziliya penalti qazandı, lakin bu imkandan yararlana bilmədi. Vinisius Junior zərbəni özü vurmaq əvəzinə bu fürsəti Bruno Qimaraynsa verdi, lakin onun sağ küncə göndərdiyi topu Nyulann dəf etdi.

Fasiləyə qədər qarşılıqlı hücumlarla keçən oyunda hər iki komanda qol vurmaq şanslarını əldən verdi. Qabriel Martinelli və Vinisius norveçlilərin cərimə meydançasının sol cinahından Nylannı məyus edə bilmədilər. Digər tərəfdə isə şimallıların heyətində qola ən yaxın olan futbolçu Martin Odeqaard idi.

İkinci hissədə skandinavların üstünlüyü daha da nəzərə çarpdı. Hesab hələ açılmamışkən Braziliyanın cəmi 5 dəqiqəlik fəal dövrü oldu: Endrik təkbətək fürsəti boşa verdi, Rayan isə qapıçının olduğu nöqtəyə zərbə endirdi. Lakin ümumilikdə Norveçin üstünlüyü şübhə doğurmurdu. Əvəzetmədən meydana çıxan Andreas Şelderup Haaland üçün məhsuldar ötürmələr etdi. Əvvəlcə “Benfika”nın futbolçusu Norveçin 9 nömrəsinə dəqiq hava ötürməsi verdi və Haaland hesabı açdı. Əsas vaxtın son dəqiqəsində isə Şelderupun aşağıdan ötürməsindən sonra Haaland dublunu rəsmiləşdirdi.

Braziliya üçün yeganə təsəlli Neymarın Kazemironun qazandırdığı penaltini dəqiq yerinə yetirməsi oldu.

1/4 finalda Norveç millisi Meksika–İngiltərə qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Braziliya isə Dünya Çempionatlarının pley-off mərhələsində ardıcıl yeddinci dəfə Avropa təmsilçisinə məğlub oldu.

Dünya Kuboku, 1/8 final

Braziliya – Norveç 1:2
İst-Raterford. “Metlayf” sradionu. 80663 tamaşaçı.

Braziliya: Alisson, Dnilo, Markinyos, Qabriel, Duqlas Santos, Rayan (Danilo Santos, 67), Kazeimor, Bruno Qimarayns (Ederson, 78), Martinelli (Neymar, 67), Kunya (Endrik, 58), Vinisius.

Norveç: Nyulann, Ryuerson (Eyursners, 63),Heggem, Ayer, Volfe (Estiqor, 90+5), Edeqor, Berge, Berq, Serlot (Şelderup, 46), Haaland, Nusa (Bobb, 46).

Qollar: Haaland, 79 (0:1). Haaland, 90 (0:2). Neymar, 90+10-p. (1:2).

Bruno Qimarayns, 14-penaltini qaçırdı (qapıçı)    

Sarı vərəqə: Neymar, 90+6.

Paylaş:

Xəbər Lenti

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41

Yamal sehri: Ulduz vinger İspaniyanın talismanına çevrilib

15.07.26 | 12:26