Putin və Tramp arasında 85 dəqiqəlik mundial zəngi: Rusiya liderindən DÇ-2026 mesajı

06.07.26 | 00:49
Dünya futbolu

ABŞ-ın müstəqilliyinin 250 illik yubileyi və DÇ-2026-nın gərgin günlərində Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa zəng edib. Rəsmi Kremldən yayılan təbrik məktubunun ardınca baş tutan və 85 dəqiqə davam edən qeyri-rəsmi telefon danışığında Ukraynadakı cəbhə xətti ilə yanaşı, ABŞ-ın ev sahibliyi etdiyi dünya çempionatı da müzakirə olunub.

Trampın FİFA-ya təşəkküründən sonra yeni siyasi jest

Xatırladaq ki, bu zəng ABŞ millisinin hücumçusu Folarin Baloqunun qalmaqallı şəkildə cəzadan qurtulması və Trampın buna görə FİFA-ya sosial şəbəkədə təşəkkür etməsindən sonraya təsadüf edir. Kremlin müşaviri Yuri Uşakovun TASS agentliyinə verdiyi məlumata görə, Putin söhbət zamanı Rusiyanın DÇ-2018-dəki təşkilatçılıq təcrübəsini xatırladaraq cari turnirin uğurla davam etməsini arzulayıb və ABŞ yığmasının mundialdakı çıxışına toxunub.

Rusiya üçün həssas mövzu

Futbol mövzusu Ukraynaya hərbi müdaxilə səbəbindən 2022-ci ildən bəri FİFA və UEFA turnirlərindən kənarlaşdırılan Rusiya üçün kifayət qədər həssasdır. Bu sanksiyalara görə Avro-2024 və DÇ-2026-nı buraxmaq məcburiyyətində qalan Rusiya, 2018-ci ildə ev sahibliyi etdiyi mundialda 1/4 finala qədər yüksələ bilmişdi.

Cari çempionatda isə ev sahiblərinin taleyi fərqli formalaşır. Digər təşkilatçı Kanada qrup mərhələsində Mərakeşə 0:3 hesabı ilə uduzaraq turnirlə vaxtından əvvəl vidalaşıb. Mübarizəni davam etdirən digər iki ev sahibindən Meksika 1/8 finalda İngiltərə ilə qarşılaşacağı halda, Ağ Evin və Trampın diqqət mərkəzində olan ABŞ millisi Belçika səddini keçməyə çalışacaq.

Paylaş:

Xəbər Lenti

ÇL: Birinci raundun nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49

Luis de la Fuente: “Özümüzü məğlubedilməz hiss edirik”

15.07.26 | 14:52

Azər Məmmədov: “Bəzi mövqeləri gücləndirməliyik, transferlər üzərində işləyirik”

15.07.26 | 14:01

“Sabah”dan növbəti qələbə və ölkə reytinqinə vacib töhfə

15.07.26 | 13:28

“Şamaxı”dan növbəti legioner transferi

15.07.26 | 13:49

Didye Deşamdan tarixi rekord: Dünya çempionatlarında ən çox oyuna çıxan məşqçi!

15.07.26 | 13:05

İspaniya millisindən tarixi Avropa rekordu: Pley-offlarda ardıcıl 8 qələbə

15.07.26 | 12:05

Kreyq Harrison: “İlk qol planlarımızı tamamilə pozdu”

15.07.26 | 12:41