Kriştianu Ronaldo: “Mən hələ buradayam və bu, mənim son dünya çempionatımdır”

06.07.26 | 00:31
Dünya futbolu

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo İspaniya ilə keçiriləcək 1/8 final matçı öncəsi mətbuat konfransında çıxış edərək tənqidlərə cavab verib və gələcək planları barədə danışıb.

“Mənim üçün hər şeyin pis olduğunu düşünmürəm”

DÇ-2026-da meydana çıxdığı 4 oyunda 3 qolla yadda qalan 41 yaşlı hücumçu öz məhsuldarlığını belə şərh edib: “Mənim üçün hər şeyin pis olduğunu düşünmürəm… Artıq 3 qol vurmuşam! Bəli, kimlərsə məndən çox qol vurub, lakin bu, sadəcə onların yaxşı performans göstərməsi ilə bağlıdır. Baxaq, növbəti matçda fərqlənə biləcəyəmmi”.

Tənqidçilərə sərt cavab və gələcək planlar

Ronaldo yaşı ilə bağlı gələn tənqidləri “zibil” adlandıraraq yalnız komandanı dəstəkləyənlərin fikirlərinə önəm verdiyini bildirib: “Bəzi insanların xoşuna gəlmir ki, 41 yaşım var və mən hələ də buradayam. Bu dünya çempionatı bizə möhtəşəm təcrübə qazandırır. Əsas olan mənə və komandaya dəstək verənlərdir, qalan şeylər isə önəmli deyil”.

Ulduz futbolçu bu turnirin onun karyerasında sonuncu olacağını da rəsmən elan edib: “Bu, mənim son dünya çempionatımdır”. Qeyd edək ki, Portuqaliya mətbuatında onun 2030-cu ildə 45 yaşında növbəti mundiala qatılaraq oğlu ilə birlikdə oynaya biləcəyi iddia olunsa da, kapitan bu şayiələrə son qoyub.

Rəqib və Lamin Yamal haqqında

Ronaldo 1/8 finaldakı rəqibləri İspaniya millisinin 18 yaşlı istedadı Lamin Yamalın da performansına toxunaraq, onun böyük istedada malik futbolçu olduğunu vurğulayıb.

Xatırladaq ki, Portuqaliya və İspaniya yığmaları arasında 1/8 finalın qarşılaşması iyulun 6-da, saat 23:00-da start götürəcək.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02