DÇ-2026: Afrika dünyanı heyran qoyur, Asiya isə iflasa uğrayır – FİFA radikal addımlar atmalıdır?  

29.06.26 | 17:14
Dünya futbolu

2026-cı il Dünya Çempionatının qrup mərhələsi arxada qaldı. Turnirdən əvvəl hər kəs Avropa futbolunun böhranından danışsa da, ‘Köhnə Dünya’ 16 təmsilçisindən yalnız 3-nü itirdi. Əsl sensasiyanı isə Afrika yığmaları etdi. Turnirin əsas uğursuzu isə tamamilə başqa qitədir. FİFA artıq radikal qərarlar barədə düşünməlidir.

Gəlin, qitələrin DÇ-2022-dəki kvotaları ilə DÇ-2026-da 1/16 finala yüksələn komandalarının sayını müqayisə edək (hər iki halda söhbət 32 komandalıq siyahıdan gedir):

QİTƏ     DÇ-2022-də YER SAYI     DÇ-2026: 1/16 FİNALA ÇIXANLAR

Avropa                 13                           13

Cənubi Amerika               4,5                         5

Afrika                   5                             9

Asiya                     5,5                          2

Şim. və Mər.Amerika     3,5          3

Okeaniya            0,5          0

Bu statistika təsadüf deyil. Afrikanın çempionata göndərdiyi 10 komandadan 9-u (90% effektivlik) qrupdan çıxıb. Cənubi Amerikada bu göstərici 83,3%, Avropada isə 81,3%-dir.

Bunun əksinə olaraq, Asiya təmsilçilərinin yalnız 22,2%-i (9-dan 2-si) mərhələ adlaya bilib. Pley-offdan kənarda qalan 16 komandadan 7-si məhz Asiya qitəsini təmsil edir.

Asiyanın xroniki uğursuzluğu: 2014 və 2006-cı illərdə heç bir Asiya komandası qrupdan çıxa bilməmişdi. 2010 və 2018-ci illərdə yalnız müvafiq olaraq 2 və 1 komanda pley-offa yüksəlmiş, lakin ilk mərhələdəcə uduzmuşdular.

Bu il də ənənə pozulmadı; yalnız Yaponiya və Avstraliya 1/16 finala vəsiqə qazandı. Digər Asiya nəhəngləri isə tam mənada iflas uğradı.

Cənubi Koreya və İran: Qruplarını 3-cü sırada tamamlayan bu iki komanda, oyun təqviminin ədalətsizliyi və püşk amili üzündən dramatik şəkildə turnirdən kənarda qaldı.

Qətər, Səudiyyə Ərəbistanı, İraq, İordaniya və Özbəkistan: Bu 5 komanda ümumilikdə cəmi 3 xal toplaya bildi. Xüsusilə Özbəkistanın birbaşa vəsiqə qazanmasına rəğmən, qitələrarası pley-offdan gələn DR Konqona 1:3 uduzması Asiya futbolunun səviyyəsini ortaya qoydu.

Afrikadan DÇ-2026-ya gələn 10 komandadan 9-u pley-offdadır! Bu, proqnozları alt-üst edən tarixi bir nəticədir. Qitə təmsilçilərindən yalnız Tunis zəif oyunu ilə məyus etdi. Ən maraqlısı odur ki, Nigeriya (FİFA reytinqində 26-cı) və Kamerun (44-cü) kimi nəhənglər heç bu turnirə vəsiqə də qazana bilməmiyblər. Bu da Afrikada rəqabətin nə qədər yüksək olduğunu göstərir.

1/16 finaldakı Afrika cütlükləri:

CAR – Kanada 0:1

Mərakeş – Niderland

Seneqal – Belçika

Qana – Kolumbiya

Əlcəzair – İsveçrə

Misir – Avstraliya

DR Konqo – İngiltərə

Kabo-Verde – Argentina

Kot-d’İvuar – Norveç

Şimali və Mərkəzi Amerika (CONCACAF) zonası yeni formatdan ən çox qazanan tərəf oldu. Ev sahibi olan ABŞ, Meksika və Kanada qruplarını uğurla tamamlasalar da, onların arxasından gələn Haiti və Panama turniri xalsız başa vurdu. Bu qitəyə 6 yerin verilməsi hazırki mənzərədə bir qədər şişirdilmiş görünür.Mövcud mənzərə onu göstərir ki, Afrikanın Asiyadan cəmi bir zəmanətli yer çox alması ədalətsizlikdir. Əgər gələcəkdə DÇ-nin komanda sayı 64-ə çatdırılarsa, Afrika qitəsi kvotasının əhəmiyyətli dərəcədə artırılmasını tələb etmək üçün əlinə mükəmməl arqumentlər alıb. Lakin indiki 48 komandalı formatda FİFA-nın yaxın gələcəkdə hər hansı radikal dəyişiklik edəcəyi inandırıcı görünmür.

Paylaş:

Xəbər Lenti

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06