“Neftçi” yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. Paytaxt təmsilçisi Qvadelupa millisinin mərkəz müdafiəçisi Endryu Qraviyonu heyətinə qatıb.
Klubun rəsmi saytının məlumatına görə, 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Yeni komandasında 55 nömrəli formanı geyinəcək Qraviyon, “ağ-qaralar”ın yay transfer pəncərəsində rəsmiləşdirdiyi 3-cü keçiddir.
Qeyd edək ki, karyerası ərzində İtaliyada “Peskara” və “Torino”, Fransada “Reyms”, Türkiyədə isə “Adana Demirspor” kimi klubların uğurları üçün çalışmış təcrübəli müdafiəçi, Qvadelupa yığmasının heyətində meydana çıxdığı 19 matçda 2 qolla yadda qalıb.