Fransa və Norveç yenə qələbə qazandı

23.06.26 | 07:50
Dünya futbolu


I qrupunda Fransa və Norveç ikinci qələbələrini qazanaraq pley-off mərhələsini təmin etdilər və indi yalnız öz aralarında qrup birincisini müəyyən etməli olacaqlar. Gözlənildiyi kimi İraq millisi Fransaya ciddi müqavimət göstərə bilmədi. Oyunun qəhrəmanı Mbappe 2 qol vuraraq Dünya Çempionatları tarixində ən yaxşı bombardir olmaq uğrunda iddiasını davam etdirdi. Messinin 18 qolu olduğu halda Mbappe qol sayını 16-ya çatdırdı və Miroslav Kloze ilə ikinci yeri bölüşür.

Norveç – Seneqal matçında da skandivavların “qol maşını” oyunun qəhrəmanı oldu. Burada daha gərgin keçən oyunda avropalıların ustalıq səviyyəsi öz işini gördü. Norveç millisi Holann kimi forvardla uzağa getməyi hədəfləyir.

Dünya Kuboku, I qrupu, 2-ci tur

Fransa – İraq 3:0
Filadelfiya. “Linkoln Faynanşl Fild” stadionu. 68324 tamaşaçı.
Hakim: Dryu Fişer (Kanada)
Fransa: Menyan, Kunde (Güsto, 84), Upamekano, Saliba, Din, Kone, Rabio, Dembele (Due, 68), Olise (Şerki, 68), Barkolya (Akliuş, 83), Mbappe (Türam, 90+1).
İraq: Basil, Hesseyn Ali, Tahsin (Sulaka, 60), Haşim, Doski, Al-Ammari (Şer, 68), Kasem, Zahid İsmail (Amin, 60), İkbal, Bayeş (Farci, 68), Aymen Hüsseyn (Al-Hamadi, 26).
Qollar: Mbappe, 14; 54. Dembele, 66.
Sarı vərəqə: Al-Ammari, 6.

Norveç – Seneqal 3:2
İst-Raterfor. “Metlayf” stadionu. 80663 tamaşaçı.
Norveç: Nyulann, Ryuerson (Pedersen, 13), Ayer, Heggem (Estoqor, 84), Volfe, Berge, Eursnes (Berq 46), Edeqor, Serlot (Bobb, 84), Holann, Nusa.
Seneqal: Mendi (Diav, 63), Diatta, Kalidu Kulibali (Pap Matar Sarr, 72), Nyakate, Malik Diuf (Yakobs, 54), İdrissa Geye, Paa Geye (Mbaye, 54), İsmaila Sarr, Lamin Kamara (Pate Siss, 63), Mane, Cekson.
Qollar: Pedersen, 43. Holann, 48; 58 – İs. Sarr, 53; 90+3.

Paylaş:

Xəbər Lenti

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02