Mundial iştirakçısı İngiltərə yığması turnirin startı ərəfəsində xoşagəlməz hadisə ilə üzləşib.
“Daily Mail” nəşrinin yaydığı xəbərə görə, komandanın avadanlıqlarını daşıyan furqon qarət olunub. Naməlum şəxslər futbol toplarını, oyunçuların butslarını və məşq geyimlərini oğurlayıblar.
Hadisə ilə bağlı İngiltərə Futbol Assosiasiyasının (FA) nümayəndələri dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hazırda faktla bağlı araşdırma aparılır.