Daşkənddə heç-heçə

10.06.26 | 21:33
Digər növlər

Özbəkistanın paytaxtı Daşkənd şəhərində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun da qatıldığı beynəlxalq şahmat turniri davam edir.

​Yarışın əsas mərhələsində ümumilikdə 10 şahmatçı mübarizə aparır. Məmmədyarovun rəqibləri arasında Nodirbek Abdusattorov (Özbəkistan), Yan Nepomnyaşiy (Rusiya), Santoş Vidit və Arjun Eriqaisi (hər ikisi Hindistan) kimi tanınmış qrossmeysterlər var.​Bu gün keçirilən 4-cü turda Məmmədyarov ABŞ təmsilçisi Hans Moke Nimanla heç-heçə edib.

​Qrossmeysterimiz daha əvvəl Viditə qalib gəlib, Eriqaisi ilə heç-heçə oynayıb və Abdusattorova məğlub olub.

Hesabında 2 xal olan Məmmədyarov hazırda 6-cı pillədə qərarlaşıb.

​Turnirin “Challengers” qrupunda isə iki şahmatçımız – Eltac Səfərli və Məhəmməd Muradlı çıxış edir. 

​Məhəmməd Muradlı hər iki partiyada qələbə qazanaraq 3,5 xalla turnir cədvəlinə başçılıq edir.

​Eltac Səfərli bir oyunda heç-heçə edib, digərində isə məğlub olub. Hazırda 1 xalı olan Səfərli sonuncu yerdədir.

Ümumi mükafat fondu 121 500 dollar təşkil edən yarış dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir. Beynəlxalq turnir iyunun 15-də başa çatacaq.

Paylaş:

Xəbər Lenti

19 yaşlı istedad Lionel Messinin 20 illik rekordunu qırdı!

13.09.26 | 02:49

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49

Filipe Kandidu: “Bir xala layiq deyildik, komandada inkişaf var”

12.09.26 | 23:47

“Sumqayıt” – “Şamaxı” matçında qalib müəyyənləşmədi

12.09.26 | 22:41

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10