Azərbaycan Peşəkar Futbol Liqası (PFL) Premyer Liqada 32-ci turun oyun cədvəlini və qarşılaşmaların başlama vaxtını elan edib.
Turun mərkəzi hadisəsi Masazırda yaşanacaq. “Sabah” və “Neftçi” arasında keçiriləcək paytaxt derbisindən dərhal sonra cari mövsümün çempionu “Sabah” komandasının mükafatlandırma mərasimi baş tutacaq. Qızıl medalları vaxtından əvvəl təmin edən Masazır təmsilçisinə çempionluq kuboku və medallar təqdim olunacaq.
15 may
17:00 “Karvan-Yevlax” – “Qəbələ”
Yevlax şəhər stadionu
19:30 “Araz-Naxçıvan” – “Kəpəz”
Sumqayıt, “SOCAR Polymer Arena”
16 may
17:00 “Şamaxı” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu
17:00 “Qarabağ” – “İmişli”
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu
17 may
18:00 “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
18:00 “Sabah” – “Neftçi”
Masazır, “Bank Respublika Arena”