“Portu” qarşısına qoyduğu məqsədə çatdı. Portuqaliya çempionatının bitməsinə iki tur qalmış “əjdahalar” çempionluq titulunu vaxtından əvvəl təmin ediblər.
Şənbə günü baş tutan qarşılaşmada Françesko Fariolinin yetirmələri “Alverka” üzərində 1:0 hesablı çətin, lakin həlledici qələbə qazanıblar. Yan Bednarekin vurduğu yeganə qol “Portu”ya çoxdan gözlənilən zəfəri gətirib.
Bu, “mavi-ağlar”ın tarixin daxili arenada qazandığı 31-ci çempionluqdur. Beləliklə, “Portu” 2021/2022 mövsümündən sonra ilk dəfə ölkənin ən güclüsü adını qazanaraq Portuqaliya futbolunun zirvəsinə yenidən yüksəlib.