Premyer Liqada mövsümün ən həlledici və gərgin oyunlarından biri paytaxtda baş tutdu. “Neftçi” və “Qarabağ” arasındakı derbi avrokuboklara vəsiqə uğrunda mübarizəni kəskinləşdirməklə yanaşı, həm də çempionluq intriqasına birdəfəlik nöqtə qoydu.
Yüksək temp və baxımlı kombinasiyalarla yadda qalan matçın ilk hissəsində tərəflərin qarşılıqlı kəsərli hücumlarına baxmayaraq, hesab açılmadı. İkinci hissəyə “Qarabağ” daha fəal və təşəbbüskar başlasa da, hesabı dəyişən tərəf “ağ-qaralar” oldu. Matçın 55-ci dəqiqəsində Emil Səfərovun mərkəzdən başladığı sürətli hücum, Freddi Varqasın sağ cinahdan cərimə meydançasına ünvanladığı dəqiq asma ilə davam edti. Hücumun başladan Emil Səfərovun özü isə başla vurduğu qolla bu gedişatı məntiqi sonluğa çatdırdı.
Buraxılan qoldan sonra təzyiqi maksimuma çatdıran “köhlən atlar”ın səyləri bəhrəsini verib. 85-ci dəqiqədə Toral Bayramovun qapı önünə kəskin ötürməsini uzaqlaşdırmağa çalışan “Neftçi”nin müdafiəçisi Elvin Bədəlov topu öz qapısına göndərərək status-kvonun bərpasına səbəbkar oldu.
Matçın qırılma nöqtəsi “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun oyuna həlledici müdaxiləsi olub. Ötən turdakı cəzasına görə komandasını “Qarabağ”la oynunu tribunadan izləməli olan təcrübəli mütəxəssis, bu dəfə etdiyi taktiki dəyişikliklə qələbənin memarına çevirildi. Meydana 75-ci dəqiqədə daxil olan Bassala Sambu məşqçisinin inamını doğrultdu. 90+2-ci dəqiqədə hava mübarizəsindən qalib ayrılan hücumçu başla vurduğu qolla “Neftçi”yə qızıl dəyərində 3 xal qazandırdı.
Bu nəticə çempionatın gedişatında həlledici yerdəyişmələrə səbəb oldu. Kritik 3 xalı aktivinə yazdıran “Neftçi” avrokuboklara vəsiqə qazanmaq şansı verən 4-cü pilləyə yüksəldi. “Qarabağ”ın xal itirməsi isə turnir cədvəlinin lideri “Sabah”ın Premyer Liqa tarixində ilk çempionluğunu rəsmən elan etməsi ilə nəticələndi.
Bu nəticə turnir cədvəlindəki balansları tamamilə dəyişdi. Kritik 3 xalı aktivinə yazdıran “Neftçi” avrokuboklara vəsiqə şansı verən 4-cü pilləyə yüksəldi. “Qarabağ”ın xal itirməsi isə turnir cədvəlinin şərksiz lideri “Sabah”ın Azərbaycan Premyer Liqası tarixindəki ilk çempionluğunu rəsmiləşdirdi.
NEFTÇİ – QARABAĞ 2:1
Qollar: Səfərov, 55 (1:0). Bədəlov, 85-avtoqol (1:1). Sambu, 90+2 (2:1)
Baş hakim: Kamranbəy Rəhimov.
“Neftçi”: Emil Balayev, Emin Mahmudov (k) (Xordan Resabala, 90), Elvin Bədəlov, Emil Səfərov (İfeanyi Metyu, 74), Falaye Sako, Sessi D’Almeyda, İqor Ribeyro, Breno Almeyda, İmad Faraj (Alessio Kurçi, 74), Freddi Varqas (Bassala Sambu, 75), Luis Ortis (Mustafa Sek, 84).
“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov (k), Toral Bayramov, Abdulla Zubir, Kevin Medina, Marko Yankoviç (Pedro Bikalyo, 72), Kadi, Mateus Silva, Coni Montiel (Musa Qurbanlı, 42), Leandro Andrade (Emmanuel Addai, 72), Kamilo Duran.
Sarı vərəqələr: D’Almeyda, 24. Səfərov, 39. Montiel, 41. Varqas, 75. Balayev, 90. Kadi, 90+1. Sambu, 90+3. Duran, 90+6.