“Neftçi” “Qarabağ”ı ikinci cəhdddə məğlub etdi

30.04.26 | 10:28
Ölkə futbolu

Premyer Liqada mövsümün ən həlledici və gərgin oyunlarından biri paytaxtda baş tutdu. “Neftçi” və “Qarabağ” arasındakı derbi avrokuboklara vəsiqə uğrunda mübarizəni kəskinləşdirməklə yanaşı, həm də çempionluq intriqasına birdəfəlik nöqtə qoydu.

Yüksək temp və baxımlı kombinasiyalarla yadda qalan matçın ilk hissəsində tərəflərin qarşılıqlı kəsərli hücumlarına baxmayaraq, hesab açılmadı. İkinci hissəyə “Qarabağ” daha fəal və təşəbbüskar başlasa da, hesabı dəyişən tərəf “ağ-qaralar” oldu. Matçın 55-ci dəqiqəsində Emil Səfərovun mərkəzdən başladığı sürətli hücum, Freddi Varqasın sağ cinahdan cərimə meydançasına ünvanladığı dəqiq asma ilə davam edti. Hücumun başladan Emil Səfərovun özü isə başla vurduğu qolla bu gedişatı məntiqi sonluğa çatdırdı.

Buraxılan qoldan sonra təzyiqi maksimuma çatdıran “köhlən atlar”ın səyləri  bəhrəsini verib. 85-ci dəqiqədə Toral Bayramovun qapı önünə kəskin ötürməsini uzaqlaşdırmağa çalışan “Neftçi”nin müdafiəçisi Elvin Bədəlov topu öz qapısına göndərərək status-kvonun bərpasına səbəbkar oldu.

Matçın qırılma nöqtəsi “Neftçi”nin baş məşqçisi Yuri Vernidubun oyuna həlledici müdaxiləsi olub. Ötən turdakı cəzasına görə komandasını “Qarabağ”la oynunu tribunadan izləməli olan təcrübəli mütəxəssis, bu dəfə etdiyi taktiki dəyişikliklə qələbənin memarına çevirildi. Meydana 75-ci dəqiqədə daxil olan Bassala Sambu məşqçisinin inamını doğrultdu. 90+2-ci dəqiqədə hava mübarizəsindən qalib ayrılan hücumçu başla vurduğu qolla “Neftçi”yə qızıl dəyərində 3 xal qazandırdı.

Bu nəticə çempionatın gedişatında həlledici yerdəyişmələrə səbəb oldu. Kritik 3 xalı aktivinə yazdıran “Neftçi” avrokuboklara vəsiqə qazanmaq şansı verən 4-cü pilləyə yüksəldi. “Qarabağ”ın xal itirməsi isə turnir cədvəlinin lideri “Sabah”ın Premyer Liqa tarixində ilk çempionluğunu rəsmən elan etməsi ilə nəticələndi.

Bu nəticə turnir cədvəlindəki balansları tamamilə dəyişdi. Kritik 3 xalı aktivinə yazdıran “Neftçi” avrokuboklara vəsiqə şansı verən 4-cü pilləyə yüksəldi. “Qarabağ”ın xal itirməsi isə turnir cədvəlinin şərksiz lideri “Sabah”ın Azərbaycan Premyer Liqası tarixindəki ilk çempionluğunu rəsmiləşdirdi.

NEFTÇİ – QARABAĞ 2:1

Qollar: Səfərov, 55 (1:0). Bədəlov, 85-avtoqol (1:1). Sambu, 90+2 (2:1)

Baş hakim: Kamranbəy Rəhimov.

“Neftçi”: Emil Balayev, Emin Mahmudov (k) (Xordan Resabala, 90), Elvin Bədəlov, Emil Səfərov (İfeanyi Metyu, 74), Falaye Sako, Sessi D’Almeyda, İqor Ribeyro, Breno Almeyda, İmad Faraj (Alessio Kurçi, 74), Freddi Varqas (Bassala Sambu, 75), Luis Ortis (Mustafa Sek, 84).

“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov (k), Toral Bayramov, Abdulla Zubir, Kevin Medina, Marko Yankoviç (Pedro Bikalyo, 72), Kadi, Mateus Silva, Coni Montiel (Musa Qurbanlı, 42), Leandro Andrade (Emmanuel Addai, 72), Kamilo Duran.

Sarı vərəqələr: D’Almeyda, 24. Səfərov, 39. Montiel, 41. Varqas, 75. Balayev,  90. Kadi, 90+1. Sambu, 90+3. Duran, 90+6.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46