“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17
Ölkə futbolu

Premyer Liqanın XXVIII turu “Turan-Tovuz” üçün sadəcə növbəti üç xal demək deyildi. “Araz-Naxçıvan” üzərində qazanılan inamlı qələbə (3:0) həm komandanın tarixinə yeni səhifələr yazdı, həm də statistik göstəricilərdə ciddi sıçrayışla yadda qaldı.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi məlumatına görə, bu nəticə Tovuz təmsilçisinin elitadakı 25-ci səfər qələbəsi olub. Qərb təmsilçisinin bu rəqəmə çatması üçün cəmi 69 oyun kifayət edib.

Bu nailiyyətlə “Turan-Tovuz” ölkə çempionatları tarixində səfərdə 25 və daha çox qələbə qazanan 20-ci komanda olub. Xatırladaq ki, komandanın Premyer Liqaya qayıdışından sonrakı ilk səfər uğuru 2022/23 mövsümündə “Səbail”lə oyuna (1:0) təsadüf etmişdi.

Naxçıvan təmsilçisi ilə görüşdə qazanılan nəticə həm də klubun elitadakı 10-cu böyükhesablı qələbəsi kimi tarixə düşüb. Maraqlıdır ki, tovuzlular rəqiblərini darmadağın etməyə səfər oyunlarında daha çox nail olublar: 10 böyükhesablı qələbədən 6-sı məhz rəqib meydanında, 4-ü isə evdə qazanılıb.

Klubun yüksək liqadakı debüt böyükhesablı qələbəsi 5 may 2023-cü ilə təsadüf edir. Həmin gün “Turan-Tovuz”doğma divarlar arasında “Neftçi”ni 4 cavabsız qolla məğlub etmişdi.

Paylaş:

Xəbər Lenti

Holand: “Sevgilim meydandakı mübarizələri xoşlamır”

21.04.26 | 13:45

Ağır atletimiz Avropa çempionatında debüt etdi

21.04.26 | 13:01

TV proqram

21.04.26 | 12:15

İsgəndərov Dünya Kubokuna qələbə ilə başladı

21.04.26 | 11:31

Mikelsin qayıdışı sual altındadır

21.04.26 | 11:58

Bu gün 8 güləşçimiz xalça üzərinə çıxacaq

21.04.26 | 11:14

Kristian Kostin “Neftçi”dən gedir

20.04.26 | 23:31

U-17 millimiz Qazaxıstandakı turnirə hazırlaşır

20.04.26 | 23:34

“Zirə”dən Premyer Liqada 100-cü heç-heçə

20.04.26 | 23:36

Nicat Abasov: “İki şahmatçımızın fəxri kürsüdə yer alması ölkəmizin böyük uğurudur”

20.04.26 | 23:46

Tiranada start: Yunan-roma güləşçilərimizdən ikisi yarımfinala yüksəldi

20.04.26 | 23:50

Ölkə kubokunun hakimlər bəlli oldu

20.04.26 | 23:35

“Turan-Tovuz”dan yubiley qələbəsi

20.04.26 | 18:17

“Qızıl Canavar” Rotterdam rinqinə cıxacaq

20.04.26 | 17:49

“Siti”dən möhtəşəm qələbə: Çempionluq yarışı yenidən başlayır!

20.04.26 | 07:52

Möhtəşəm rekord və vaxtından əvvəl çempionluq

20.04.26 | 07:46

Saşa İliç: “Qələbə vacib idi, amma oyundan narazıyam”

19.04.26 | 23:57

Kaxaber Tsxadadze: “Boş qapıya qol vura bilmiriksə, qalib gəlmək mümkün deyil”

19.04.26 | 23:12

Katovitsedə iki medal və bir addımlıqda qalan tarixi çempionluq

19.04.26 | 23:29

“Turan” ölkə çempionu oldu

19.04.26 | 22:56