“Zirə”nin rəqibindən ard-arda transferlər

06.07.26 | 08:30
Ölkə futbolu

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olacaq Kutaisi “Torpedo”su transfer bazarında fəallığını davam etdirir. Xorvatiyalı yarımmüdafiəçi Dino Skorup və fransalı hücumçu Vircil Pinsonun ardından Gürcüstan təmsilçisi heyətini bolqarıstanlı legionerlə gücləndirib.

Kutaisililər 2011-2018-ci illərdə İspaniyanın “Espanyol” akademiyasında yetişən 27 yaşlı sol cinah müdafiəçisi Mateo Stamatovu rənglərinə bağlayıb. Karyerası ərzində “Levski”, “Orenburq”, “Nijni Novqorod” kimi klubların formasını geyinən Stamatovun son dayanacağı Sofiya “Sentyabr”ı olub. Müdafiəçi vaxtilə Bolqarıstanın əsas milli komandasına dəvət alsa da, debüt şansı qazanmayıb.

“Torpedo” müdafiə xəttinə daha bir diqqətçəkən takviyə edib. Gürcüstanın “Lelo” nəşrinin yaydığı məlumata görə, Danimarkanın “Vayle” klubundan ayrılan Luka Latsabidze də karyerasını Kutaisi klubunda davam etdirəcək. Tbilisi “Dinamo”sunun yetirməsi olan Gürcüstan U-21 yığmasının mərkəz müdafiəçisi, müqavilə ilə məxsus olduğu Donetsk “Şaxtyor”u tərəfindən “Torpedo”ya 1 illik icarəyə verilib.

Paylaş:

Xəbər Lenti

Timoteuş Puxaç: “Mançester Yunayted”lə matçdan sonra Polşa millisindən zəng gəldi”

12.09.26 | 21:22

Ruy Jorje heyəti açıqladı: U-20 millisi Qəbələdə toplanışa yığışır

12.09.26 | 21:36

Budapeştdən iki medal: Məmmədəliyevdən qızıl, Qələndərzadədən bürünc

12.09.26 | 21:04

Amil Ağacanov: “Qələbə qazanmaq üçün xarakter və istək çatmadı”

12.09.26 | 21:54

Azər Məmmədov: “Zaman verilsə, əvvəlki əzəmətli ‘Kəpəz’i geri qaytaracağıq”

12.09.26 | 20:39

Viktor Stina “Kəpəz”ə qələbə qazandırdı

12.09.26 | 20:33

Uesli Sneyder Dünya Çempionatındakı mükafatlarını və medalını hərraca çıxardı

12.09.26 | 03:18

Rişarlison “Tottenhem”dən şikayət etdi: Müqavilənin ləğvi və Braziliyaya dönüş gündəmdə

12.09.26 | 03:34

Mikel Artetanın qeyri-adi metodu: Məşqçi komandasına bilərəkdən “sabotaj” edib

12.09.26 | 03:14

“Dünya Çempionatından imtina etməyi düşünməliyik”: FIFA-nın qeyri-müəyyənliyi İspaniyada gərginlik yaradıb

12.09.26 | 03:37

Tibo Kurtua Belçika millisində oynamaqdan imtina etdi

12.09.26 | 03:10

Müharibə dəhşətindən böyük səhnəyə: Voleybol dünyasının 13 yaşlı nəhəngi

12.09.26 | 02:06

“Vest Hem”in futbolçusunun adı adam oğurluğunda hallanır

12.09.26 | 02:12

Samuel Eto’o ətrafında 578 min avroluq qalmaqal: Gianni Infantino araşdırmanı bloklayır?

12.09.26 | 02:38

“Old Trafford” dərsi: “Sabah” “Slaviya”ya qarşı nəyi dəyişməlidir?

12.09.26 | 01:03

Premyer Liqada 5-ci turun həyəcanı davam edir: Bu gün daha iki oyun keçiriləcək

12.09.26 | 00:14

Mahir Emreli “Rakuv”un ilk qələbəsində meydanda oldu

12.09.26 | 00:35

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23