Gürcüstanın Batumi şəhərində keçiriləcək şahmat üzrə qadınlar arasında fərdi Avropa çempionatında ölkəmizi təmsil edəcək heyət müəyyənləşib.
Azərbaycan Şahmat Federasiyasının rəsmi məlumatına əsasən, Avropanın ən güclülərinin mübarizə aparacağı turnirdə ölkəmiz 12 zəka sahibi ilə təmsil olunacaq. Medallar uğrunda mübarizəyə yığmanın aparıcı simaları ilə yanaşı, perspektivli gənc şahmatçılar da qatılacaq. Millimizin heyətində Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Nərmin Abdinova, Məryəm Ağaverdiyeva, Lalə Hüseynova və Mələk İsmayıl. medallar uğurunda mübarizə aparacaqlar.
qadınların fərdi Avropa çempionatı mayın 25-də start götürəcək. 11 gün davam edəcək nüfuzlu yarışın qalibləri iyunun 5-də müəyyənləşəcək.