Xavyer Aqirredən emosional vida: “Sözün bitdiyi yerdəyəm, xəyalım burda bitdi”

06.07.26 | 14:02
Dünya futbolu

DÇ-2026-nın 1/8 finalında İngiltərəyə 2:3 hesabı ilə uduzan Meksika millisi turnirlə vidalaşıb. Bu məğlubiyyət, eyni zamanda meydan sahiblərinin baş məşqçisi Xavyer Aqirrenin yığmadakı son oyunu olub. Dünyanın ən dramatik idman gecələrindən birində Norveç Braziliyanı (2:1) evə yola saldıqdan dərhal sonra, İngiltərə əfsanəvi “Atsdeka”da Meksikanı sıradan çıxararaq növbəti mərhələyə adlayıb.

Gərginliyin pik həddə olduğu matçda ingilislər Cud Bellinqemin cəmi iki dəqiqə ərzində vurduğu dublla önə keçsələr də, Meksika fasiləyə qədər fərqi minimuma endirməyi bacarıb. İkinci hissədə üstünlüyünü artıran “Dumanlı Albion” təmsilçiləri yekunda 3:2 hesablı qələbəni bayram ediblər.

Finall fitindən sonra rəsmən istefa verən Xavyer Aqirre məyusluğunu gizlətməyib və bu cür vidalaşmaq istəmədiyini bildirib: “Bu gecə bütün Meksika üçün çox ağır olacaq – həm soyunub-geyinmə otağında, həm də evlərdə heç kim yatmayacaq. Sözün bitdiyi yerdəyəm, emosiyalarım aşıb-daşır. Mənim üçün bu xəyal burada bitdi. Komandadan qarışıq hisslərlə ayrılıram; bir tərəfdən yaratdığımız bu böyük ailə ilə qürur duyur, görülən işdən zövq alıram, digər tərəfdən isə acı məğlubiyyəti həzm edə bilmirəm. Futbolçularımı heç nədə qınaya bilməm, onlar meydanda hər şeylərini qoydular. Uğur dediyimiz şey səhvlərlə döşənmiş bir yoldur, yıxıla-yıxıla zirvəyə ucalırsan. Həmvətənlərimlə qələbə ilə vidalaşmaq, hamını xoşbəxt etmək istərdim. Çox ağrılıdır… bəhanə axtarmıram, məğlubiyyət məğlubiyyətdir”.

Təcrübəli meksikalı mütəxəssis rəqibin baş məşqçisi Tomas Tuxelə və İngiltərə millisinə də müraciət edərək onlara uğurlar arzulayıb: “Ümid edirəm ki, turnirin qalan hissəsi onlar üçün uğurlu olar. Biz üç ciddi səhv etdik və bədəlini ağır ödədik. İngilislər isə demək olar ki, qüsursuz oynadılar”.

Paylaş:

Xəbər Lenti

“Tanrının əli”ndən “Uembli” qalmaqalına: İngiltərə və Argentina arasında futbol müharibəsi

15.07.26 | 01:08

Valdas Dambrauskasdan mərhələ adlamalarına şərh: “İkinci hissə bizim üçün sadəcə rəsmiyyət xarakteri daşıyırdı”

15.07.26 | 01:09

Aydın Süleymanlı yenə Aronyanla heç-heçə etdi

15.07.26 | 00:42

İspaniya DÇ-nin finalında

15.07.26 | 00:18

“Sabah” Uelsdə də qələbə qazandı

15.07.26 | 00:53

ÇL: “Sabah”ın rəqibi məlumdur, gürcülər də tur adladı

14.07.26 | 23:01

FİDE Dünya Kubokunun reqlamentini dəyişdi: Yeni format, qısaldılmış müddət və artırılmış mükafat fondu

14.07.26 | 23:23

Harri Keyn britaniyalı jurnalistləri hədəf aldı: “İngilis mətbuatı millidə nifaq salmağa çalışır”

14.07.26 | 23:45

“Sabah” ÇL-də ikinci qələbə ilə ikinci mərhələdə

14.07.26 | 23:41

“Sabah”ın potensial rəqibi bəlli oldu: KuPS evdə uduzsa da, mərhələ adladı

14.07.26 | 22:02

“Araz-Naxçıvan” Mohamed Marla anlaşdı

14.07.26 | 18:53

Berti Foqtsdan Argentinaya və Tuxelə tərif: “Mənə köhnə Almaniya millisini xatırladırlar”

14.07.26 | 18:17

Almaniya mətbuatı Rüfət Dadaşovun qayıdışını dəyərləndirdi: Möhtəşəm dubl və akrobatik qol

14.07.26 | 18:18

DÇ-2026: Yarımfinal öncəsi hakim ajiotajı – “Messinin sevimli referisi” iş başında

14.07.26 | 18:02

Kamandan oxatanlarımız Avropa çempionatına yollanır

14.07.26 | 16:02

“Sabah”ın səfər matçını “CBC Sport” canlı yayımlayacaq: Klub yayım problemini həll etdi

14.07.26 | 16:12

İspaniya ilə oyun öncəsi Mbappenin durumu: Deşam şübhələrə son qoydu

14.07.26 | 16:53

Möhtəşəm yarımfinal: İspaniya yox, Fransa?

14.07.26 | 16:57

İspaniya Fransa tilsimini qıra biləcəkmi?

14.07.26 | 15:06

Yuri Vernidub: “Konfrans Liqasına tam hazırıq”

14.07.26 | 15:24