Vinisius “casus” ittihamı: Madrid klubunda daxili müharibə

08.05.26 | 18:40
Dünya futbolu

“Real”ın daxilində gərginlik səngimək bilmir. İspaniyanın nüfuzlu “Mundo Deportivo” nəşrinin yaydığı son məlumatlar “kral klubu”nun soyunub-geyinmə otağındakı ab-havanın tamamilə pozulduğunu göstərir. İddialara görə, komanda yoldaşları braziliyalı ulduz Vinisius Junioru baş məşqçinin “xəbərçisi” hesab edirlər.

Federiko Valverde və Orelyen Çuameni arasında baş verən fiziki qarşıdurmadan sonra klub rəhbərliyi hər iki futbolçuya qarşı intizam icraatına başlayıb. Maraqlıdır ki, Valverde öz rəsmi açıqlamasında insident zamanı heç bir zərbənin olmadığını iddia edərək vəziyyəti yumşaltmağa çalışsa da, sular hələ də durulmayıb.

“Mundo Deportivo”nun xəbərinə görə, əsl xaos baş məşqçi Alvaro Arbeloanın komanda daxilindəki “gizli mənbəsi” ilə bağlıdır. Futbolçular əmindirlər ki, Vinisius Junior komandanın qapalı qapılar arxasında baş verən bütün söhbətlərini və münaqişələrini birbaşa Arbeloaya çatdırır. Xüsusilə məşqçinin iştirak etmədiyi anlarda baş verənlərin dərhal texniki heyətə ötürülməsi futbolçuların Vinisiusa olan etibarını tamamilə itirməsinə səbəb olub.

Braziliyalı ulduzun adı ətrafında yaranan bu son qalmaqal, onsuz da ondan narazı olan “Real” azarkeşlərinin səbir kasasını daşırıb. Hazırda Madrid təmsilçisi üçün həlli vacib olan iki kritik sual gündəmi zəbt edib. Paltardəyişmə otağında yaşanan idarəolunmaz gərginlik fonunda Alvaro Arbeloanın gedişi artıq zaman məsələsi hesab olunur. Rəhbərlik indidən mütəxəssisin yerinə gələcək namizədləri nəzərdən keçirməyə başlayıb. Komanda yoldaşları ilə münasibətləri pisləşən braziliyalının klubdakı gələcəyi böyük sual altındadır. Cari müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədə olan ulduz futbolçunun sözləşməni yeniləməməsi, onun “Santyaqo Bernabeu”dakı karyerasının sona çatması ehtimallarını daha da gücləndirir.

Paylaş:

Xəbər Lenti

Zaretska zirvəyə bir addım daha yaxınlaşdı

18.05.26 | 14:33

Kiçik kəndin böyük nağılı: «Elversberq» bundesliqada!

18.05.26 | 13:35

Aleksey İsayev: 3 klub, 200 oyun!

18.05.26 | 13:45

Ramalingom yubiley qolunu vurdu  

18.05.26 | 13:18

“Mançester Siti”də Qvardiola planı: 2028-ci ilə qədər gizli razılıq!

18.05.26 | 12:23

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46